“DODO” qəzeti 2017-ci ildən çap olunur. Qəzetdə Talış xalqının adət ənənələri, folkloru, tarixi şəxsiyyətləri ilə yanaşı ölkəmizdə yaşayan digər xalqların adət-ənənələri, milli kultural dəyərləri, tarixi şəxsiyyətləri, zəhmətkeş insanları haqqında, eləcə də şair və yazıçıların yaradıcılığı barədə təhlili yazılar dərc olunur.
Vətənimizin azadlığı, ərazi bütövlü uğrunda şəhid olmuş soydaşlarımız haqqında qəzetin hər bir sayında yazılmış məqalələr redaksiyaya geniş oxucu rəğbəti qazandırmışdır.
Qəzetin üç il yarım ərzində çap olunmuş bütün materiallar 4 cildlik
kitab formatında oxuculara təqdim olunur.
“DODO” qəzeti həm də çox dilli bir qəzetdir. Ana yurdumuz Azərbaycanımızda yaşayan bütün xalqların demək olar kı çoxusunun dilində yazı dərc etmişik. Bəli “DODO” qəzeti xalqın qəzetidir. “DODO” qəzeti multikultural bir qəzetdir. Qəzetin maliyyə dəstəyinə görə çox çətinliklərlə üzləşməsinə baxmayaraq 4 ildir ki öz ayaqları üzərində dayana bilib. Ümid edirik ki Ölkə rəhbərliyi Azərbaycanımızda yaşayan köklü xlaqların dilində olan qəzetlərə də bir yol açacaq. Nə “DODO” qəzeti, nə dodoqezte.az saytı nədə Dodo TV heç bir yerdən rəsmi dəstək almadan çalışır. Belə olan halda qəzet çox çətinlilırlə üz-üzə dayanır. Buna baxmayaraq Pandemiya dövürndə də qəzet öz fəaliyyətini dyandırmadı.
İyulun 22 –də mətbuat günüdür və bizim “DODO”-da öz 4 yaşını qeyd edir. Bu münasibətlə bütün Dodo sevərləri təbrik edirik.
“DODO” 4 cilidlik kitabın çapına dəstək olan Litvada yaşayan iş adamı Kamal Yəhya oğlu Zülfiyevdir. Kamal boyli Lerikin Zardəbə kəndindəndir. Bütün redaksiya heyəti və talış xalqı adından ona öz minnətdarlığımızı bildiririk.
“DODO” kitabının təqdimatı sentyabr ayında Baki Beynəlxalq Multikulturalzim Mərkəzində keçiriləcəkdir.