(Əvəlli ötən sayımızda)

Qədim andiya

Son zamanlar talış audiyoriyalı internet tv-lər talışların qədim tarixini geniş işıqlandırırlar. Professor B. Qəmbərov bu sahədə liderdir. Onun tez-tez Andiya haqqında söz açması, Andiyanın ən qədim Talış dövləti olması, Andiyanın talış dilində andue (suvamaq) sözündən yarandıgını deyir. Amma mən 30 ilə yaxındır ki, Andiya haqqında xüsusi fikirlərə malik olsam da heç vaxt mövqeyimi açıqlamamışam. Ancaq 21 il bundan əvvəl Andiya haqqında Nəriman müəllim Ağazadə ilə fikirlərimi böluşmüşəm.

Andiya müasir İran ərazisinin Zəncan ərazisi ilə lokalizə olunur. Andiya Zəncanla eyni mənalı sözdür. Andiya sözundəki Avropa mənşəli YA komponenti fars dilindəki stan sözü ilə eyni mənalı olub ölkə deməkdir. Əyər burada -ya komponentindən imtina eləsək Andi sözü meydana çıxacaq. Əslində bu ölkənin adı talışların əcdadları tərəfindən HINDİ adlandırılırdı. Avropalılar tarixdə iki İNDİya düşməsin deyə bu ölkəni Andiya adlandırmışlar. Burada yaşayan əhali Hindistandan koçurulmuş qara dərililər oldugundan irandilliler onları Hındi, yəni qaralar adlandırmışlar. Sonralar Andiya sözünü əvəzləyən Zəncan sözü də Zəncilər mənasını verir. Zənci də qara deməkdir.

İsgəndər lll Daranı təqib edərkən Şahı öldürub qaçanlardan birinin, Barseantın Hindistana qaçdığını öyrənir. Əslində Barseant Əhəmənilərin tabeliyində olan Andiyaya, yəni hindlilərin yanına qaçır. Onlar da özlərini qorumaq üçun Barseantı həps edib İsgəndərə təhlil verirlər. Bu hindlilər Hindistan səfəri zamanı İsgəndərə bələdçilik edirdilər.

Bir sözlə Andiyanın ne talış xalqı ilə, na də andue (suvamaq) ilə heç bir əlaqəsi olmamışdır.

   (ardı var)

   İlqar Səfərov

  Lerik, Noda