Ukrayna Respublikası Zaparoje Kazaklarının Marşalı, Zaparoje Kazaklarının Milli Qəhrəmanı Üzeyir Kazım oğlu Vahabov.
“DODO” redaksiyası olaraq əslən Lənkarandan olan ziyalı qardaşımızı oxucularımızla yaxından tanış etməyi özümüzə borc bildik.
Üzeyir Kazım oğlu Vahabov 18 mart 1954-cü ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. O orta təhsilini 1961-1971-ci illərdə Şürük kənd məktəbində almışdır.
1971-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitunun İngilis dili fakultəsinin əyani şöbəsinə qəbul olmuşdur. Lakin burada iki il təhsil aldıqdan sonra Sovet Ordusu sıralarına könüllü surətdə getmişdir. 1973-1975-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Veymar şəhərində yerləşən hərbi hissəsində xidməti keçdikdən sonra Azərbaycana qayıtmışdır.O 1975-ci ildə Azərbaycan Milis Məktəbində təhsilini davam etdirmişdir ona 1976-ci il kiçik leytenant rütbəsi verilmişdir. Və elə həmin il Ukrayna Respublikası Daxili İşlər nazirliyinin Çerkas şəhər Milis İdarəsinə işə qəbul olunmuşdur.O burada müxtəlif vəzifələrdə çalışmışdır. Üzeyir Vahabov bu müddət ərzində qiyabi olaraq təhsilini Dneprdjerzinsk Ali Milis Məktəbində davam etdirmişdir. O 1984-cü ildə Daxili İşlər Nazirliyindən xüsusi göstərişə əsasən Ukrayna Müdafiə nazirliyinə, Kiev şəhərinə köçürülmüşdür.26 aprel 1986-cı ildə Çernobıl Atom Stansiyasında qəza baş verdiyi zaman Üzeyir Vahabov yaşadığı Kiev şəhərindən xüsusi təyinatlı qrupla Çernobıla ezam olunmuşdur. Qəzanın ləğvində cəsur həmyerlimiz qısa bir zamanda minlərlə insanın digər şəhərlərə köçürülməsində fədakarlıq göstərmişdir. Və göstərdiyi rəşadətə görə Ukrayna Respublikasının bir sıra orden və medallarıyla təltif olunmuşdur.
Üzeyir Vahabov 1993-cü ildən Ukrayna Respublikası Zaparoje Kazaklarının üzvü, bir neçə il sonra isə idarə heyətinin üzvü seçilmişdir. Üzeyir Vahabov 24 il xidməti ərzində Zaparoje Kazakları Atamanlarının etimadını layiqincə doğruldmuş onlarla fəxri fərman və medallarla təltif olunmuşdur.
2017-cı ilin mart və dekabr aylarında ölkəmizə səfəri çərçivəsində Üzeyir Vahabovla Azərbaycan Respublikası Prezident aparatında, Azərbaycan Respublikası Veteranlar Şurasında eləcə də doğulduğu Lənkəran şəhərində bir sıra görüşlər keçirilmişdir. Bakıda keçirilən görüşlər zamanı (15.03.2017-ci ildə) “Veteran həmrəyliyi” medalını General-mayor Dadaş Rzayev və (20.12.2017-ci ildə) iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov şərəfinə hazırlanan “General Həzi Aslanov” yubiley medalını isə Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov təqdim etmişlər.
Üzeyir Vahabov çoxuşağlı ailədə dünyaya göz açmışdır. Mərhum Valideynləri anası Qəhrəman ana-Aliyə xanım və atası Kazım kişi böyük çətinliklərlə 11 övladı, 5 qızını və 6 oğlunu böyüdüb tərbiyə etmişdir.
Üzeyir Vahabov ailəlidir 2 övladı 2 nəvəsi var. Oğlu Rüstəm və qızı Aliyədir.
Nəzərinizə çatdırım ki, onu müşayət edən Timur Ovsiannikov Üzeyir Vahabovun nəvəsidir.
Mübariz Süleymanlı