Oğuzda itkin düşən uşağın meyiti tapılıb. 


Qaynarinfo APA-ya istinadən xəbər verir ki, uşağın meyiti dağlıq-meşəlik ərazidə heyvanlar tərəfindən parçalanmış halda aşkar edilib. 

Hazırda meyitin dağdan düşürülməsi istiqamətində tədbirlər görülür.

 

Qeyd edək ki, Oğuz rayonunun Xaçmaz kənd sakini 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov mayın 21-də bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb.