Demokratlar
Partiyasından prezidentliyə namizəd Co Bayden koronavirus pandemiyası fonunda fərdi
qoruyucu tədbirlər görmək istəmədiyinə görə hazırkı prezident Donald Trampı
“son dərəcə axmaq adam” adlandırıb.
Qaynarinfo
xəbər verir ki, CNN-ə verdiyi müsahibə zamanı xanım jurnalist Baydenin ictimai
bir tədbirdə çəkilmiş fotoşəkillərinin altına Trampın bəyənməmək işarəsi qoymasını
xatırladıb və bununla Amerika liderinin maska taxmamaqla rəqibinin zəif
olduğunu diqqətə çatdırmaq istədiyini deyib.
Buna
cavab olaraq Bayden Trampın “çox axmaq olduğunu” və “prezidentlərin
yalançı kişilik nümayiş etdirməməli olduqlarını” qeyd edib.
Bundan
əlavə, siyasətçi vurğulayıb ki, qorunmaqdan imtina “insanlara öz həyatları
hesabına başa gələ bilər”.