Bakıda
bıçaqlanma hadisəsi baş verib.


Qaynarinfo “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

 

Belə
ki, rayonda yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü
A.Z-nin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

 

Azyaşlı
aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi
yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə
zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və
çoxsaylı yumruq zədələri aşkarlanıb.

 

Azyaşlının
anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə
məşğul olmağa vadar edir. Sonuncu hadisə isə A-Z.-nin atasının hərəkətinə
etiraz etdiyi üçün baş verib.


Belə
ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə
məruz qalması ilə nəticələnib.

 

Faktla
bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.