Hazırda İspaniya futbol çempionatı çərçivəsində Seviliya derbisi keçirilir.
“Seviliya” – “Betis” qarşılaşmasından öncə Rusiyanın “Matç TV” kanalında oyunun peşəkar futbol mütəxəssisləri ilə müzakirəsi keçirilib.
Efirə qoşulan belə mütəxəssislərdən biri də Azərbaycanın futbol əfsanəsi Vəli Qasımov olub.
Qeyd edək ki, V.Qasımov 1992-95-ci illərdə “Betis”in heyətində çıxış edib.