Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Şıx yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobilin təkəri partlayıb. Nəticədə 2010-cu il təvəllüdlü Abdullazadə Tunar Məhəmməd oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ çənə sümüyünün sınığı diaqnozu qoyulub.