Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Bundesliqanın tarixinə düşüb.
Oxu.Az xəbər verir ki, polşalı qoleador çempionat tarixinin rekordunu təkrarlayıb.
O, çempionluğun erkən rəsmiləşdirildiyi “Verder”lə səfər oyununda vurduğu qolla komandasına 1:0 hesablı qələbə və ardıcıl 8-ci dəfə qızıl medalları qazandırıb.
Bu, polşalının cari mövsümdə 31-ci qolu olub.
Beləliklə, Levandovski Bundesliqada bir mövsümə ən çox qol vuran legioner adına şərik çıxıb. 2016/17 mövsümündə Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq da 31 qol vurmuşdu. Lakin polşalı son iki turda vuracağı qolla qabonlunu arxada qoymaq imkanına da malikdir.