“Azərbaycan Milli Konservatoriyasında sənətşunaslıq üzrə fəlsəfə elmləri doktoruyam”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azəri Star” müsabiqəsinin iştirakçısı, müğənni Kəmalə Qaramollayeva “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda deyib.

Ötən il Türkiyə vətəndaşı Teymur adlı şəxslə ailə həyatına son qoyan K.Qaramollayeva verilişin aparıcısı Zaur Kamalın “Ailəlisiniz?” sualına “Hə” cavabını verib.

K.Qaramollayeva bir oğlunun olduğunu bildirib.

Qeyd edək ki, K.Qaramollayeva yeddi il öncə ailə qurduğu Teymur adlı şəxsdən ayrılıb. 

Rəşad Əliyev