Qax Rayon Polis Şöbəsi, Dövlət Yol Patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində sosial izolyasiya qaydalarına riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Yol Patrul Xidmətinin əməkdaşları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, taksilərdə sürücü və sərnişinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Sürücülərlə söhbətlər zamanı tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Müşahidələr zamanı tibbi maskadan istifadə edənlər çoxluq təşkil etsə də, taksilərdə bəzi sürücü və sərnişinlərin qaydalara əməl etmədiyi də məlum olub.

Həmçinin nəqliyyat vasitəsində şəffa arakəsmə quraşdırmayan sürücülər də cərimələnib. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.