Son sutka ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə ümumilikdə COVID-19-dan ölənlərin sayı 5 115 nəfərə çatıb.
Bu gün həmçinin 1374 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.