Bu günki müsahibimiz instagram və TikTok da erkən yaşda böyük izləyici auditoriyası toplamış “Sumush_777” niki ilə tanınan, yüz minlərlə insanın sevimlisi Sünbülə İbadovadır.
Sübbülə xanımla olan müsahibəmizi olduğu kimi izləyicilərimizə təqdim edirik!
Sual: Salam, ilk öncə özünüzü təqdim edin zəhmət olmazsa
Cavab: Salam, adım Sümbülədir. 2004-cü ildə Bakıda anadan olmuşam. Yeni tədris ilində 11-ci sinifə keçəcəm.
Sual: Erkən yaşda bu qədər izləyici kütləsi qazanmısınız. Kimlərin təkidi ilə bu sahəyə başladınız? İlk kimlər motivasiya oldu?
Cavab: Mən 6-7 yaşımdan parodiyalar edir, mahnı oxuyurdum. Sonradan texnika inkişaf etdikcə müasir telefon proqramları ilə fəaliyyətimə davam etdim. Ən böyük motivasiyanı da mənə ailəm verdi.
Sual: İlk başlayanda ailənizdə etiraz edənlər oldumu?
Cavab: Bəli, ilk başladıqda ailəm, ən çox da anam dərslərimə görə narazılıq edirdi. Amma atam daha çox dəstək olurdu, Avropada, Rusiyada qaldığı üçün biraz müasir adamdır. Ən böyük dəstəyi atam verdi.
Sual: Çəkilişləriniz dərslərinizə mane olurmu? Bildiyimiz kimi bu il həlledici ilinizdir. Qəbul imtahanına görə sosial şəbəkələrdəki fəaliyyətinizə ara vermək fikriniz varmı?
Cavab: Çəkilişlərimlə dərslərim bir-birlərinə mane olmurlar. İkisini bir arada apara bilirəm. Ara vermək fikrim yoxdur.
Uşaqlıqdan arzum aktrisa olmaq olub. 1-ci qrupa hazırlaşıram. İnşAllah arzuma çataram.
Sual: Sizin instagramda da, TikTokda da izləyiciniz 350000-dən çoxdur. İzləyici sayı və videolar ilə qaneedici gəlir qazanmaq mümkündürmü sizə görə?
Cavab: Məni və ailəmi oradan gələn gəlir maraqlandırmır. Amma mənim üçün, mənim yaşıma görə bunu çox yaxşı qiymətləndirirəm. Amma mən bütün bunları etməkdə əvvəldən məqsədim sadəcə əyləncə olub. Ən böyük arzum da izləyicimin olması və məni sevməsi olub. Ordan gələn qazanc çox önəmli deyil.
Sual: İzləyicilərinizlə sadəsinizmi? Sizə yazanda necə münasibət bəsləyirsiniz?
Cavab: Məncə səmimiliyim izləyicilərimdən bəllidir. Əgər mənə dəstək olub hələ də izləyirlərsə demək ki, yetəri qədər onlarla səmimi oluram. Yazanda da səmimi qarşılayıram. İstər qızlar, istərsə də oğlanlar. Çalışdığım qədər statuslarına da baxıram, izləyicilərimin əziyət çəkib hazırladıqları videolara da baxıram, təşəkkür edirəm.
Sual: Sonda izləyicilərinizə nə demək istərdiniz?
Cavab: İzləyicilərimə də məni izlədikləri və dəstəklədikləri üçün sonsuz təşəkkürümü bildirirəm. Və onların etimadını doğrultmaq üçün maraqlı videolar və müxtəlif paylaşımlar etməyi düşünürəm ki, gündəmdə qalım və onlar üçün maraqlı videolar paylaşım.
İmşAllah gələcəkdə YouTube kanalı açmaq fikrim var. YouTube dən də fəaliyyətimi davam etdirmək istəyirəm. Sizə də dəstək olduğunuza görə dərin təşəkkürümü bildirirəm!
P.S: Bir çox şəxslərdən müsahibə almışıq, bundan sonra da almağı düşünürük. Ancaq Sünbülə xanım həqiqətən də çox sadə bir qızdır.
“Allah hər kəsin ürəyinə görə verir” məsəli bunun əyani sübutudur ki, bu yaşda yüz minlərin sevimlisi olub.
Biz də Xəbər24 olaraq gənc fenomenimizin bu fəaliyyətini təqdir edirik, gələcək həyatında bol uğurlar arzulayırıq!
Xəbər24