Zeynəb Əmirzadə

16 yaş Masallı, Mahmudavar

 

İbadət duyğusu səndə yoxdursa,
Namazı qılmağın nə mənası var?
Süfrəndə yoxsula boş yer yoxdursa,
Bir ay ac qalmağın nə mənası var?

Gündə min and içib yalan deyirsən,
Haqsıza boy verib haqqı əyirsən.
Yetimin malını bölüb yeyirsən,
Bəs Hacı olmağın nə mənası var?

Şər atıb məzlumu bədbəxt edirsən,
Arvaddan xəbərsiz əyri gedirsən,
Düz bir əməlin yox, dil-dil ötürsən,
Quran oxumağın nə mənası var?