Salam, dostlar!  Səlom, xosə duston!
Azərbaycan ordusu ərazi bütövlüyümüz uğrunda ZƏFƏR yuruşunə başladığı gündən internet məkanından uzaq düşmüşdüm! Döyuşlər haqqında rəsmi məlumatları izləyirdim! Bu gün dostlardan birinin köməyi ilə internet məkanına zəifdə olsa qoşuldum!
Ən əvvəl döyüşlərdə şəhid olmuş bütün əsgər və zabitlərimizi Allah rəhmət eləsin!
Belə ağır itkiləri ancaq ordumuzun azad etdiyi ərazilərimizin sevinc dolu xəbərləri ovuda bilir, bizlərə təskinlik verir!
Demək verdiyimiz qurbanlar hədər deyil, İnşallah!
Onu da deyim ki, mən ümumən muharibələrin əleyhinəyəm! Lakin başqa çıxış yolu qalmayanda xalq vətəni qorumaq üçün bu yola da hazır olmalıdır!
İndi ölkənin hər yerində əsas mövzü Dağlıq Qarabağ uğrunda gedən döyuşlərdir!
Hətta dustaq həyatı keçirən Azərbaycan vətəndaşları da bu mövzudan kənar qalmırlar!
Bu gun Qobustan qapalı həbsxanasında məhkum həyatı yaşayan Fəxrəddin qardaşım qohumlarına zəng edərək kamera yoldaşı Tahir kişinin “öncəgörməsini” sevinclə onlara çatdırmışdır və xahiş etmişdir ki, onun sevincini Azərbaycan xalqı ilə böluşək!
Dostlar, mən də bu “öncəgörməni”, məhbəs həyatı keçirən Dostumun sevincini sizinlə bölüşmək qərarına gəldim: – “5 Oktyabr tarixində Kəlbəcər rayonu işğaldan azad ediləcək!”
Gün o gün olsun bütün rayonlarımız işğaldan azad edilsin!
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm!

  •  Dunən paylaşdığım bu yazıda bəzi dəqiqləşmələr etmək zorundayam!
    Bu gun səhər saatlarında telefonuma zəng daxil oldu! Telefonu göturdüm. Zəng edən özünü “Tahir baba” kimi təqdim etdi! Xahiş etdi ki, onun “oncə görməsini” yayım! Məlum oldu ki, əvvəlki informasiyada bəzi yanlışlıq olub: – yuxarıda deyilən vaxtda ordumuz Kəlbəcər və Cəbrayıl istiqamətdə tam uğur qazanacaq!
    P.S. “Tahir babanın” bu proqnozu çox istərdim gerçək olsun! Yox əgər həmin muddətdə alınmasa (Alah göstərməsin!), bir daha “Tahir babanın” məlumatlarını yaymayacağam. Bunu onun özünə də izah etməyə çalışdım.
        Oktay Askerov