Novruzəli Xanməmməd oğlu Məmmədov (10 mart 1942, Ərçivan, Astara rayonu – 17 avqust 209, Bakı)0 — Azərbaycan filoloqu, filologiya elmləri namizədi, pedaqoji elmlər doktoru, professor.
Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmişdir.
1989-1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992 ildən “Tolışi sədo” qəzetində baş redaktorun müavini, 2001 ildən qəzetin baş redaktoru və eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyi milli azlıqların dillərinə üzrə tədris-metodik şurasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanındakı milli sualı üzrə ictimai şurasının üzvü seçilmişdir.
Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu olub. Bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi. Azərbaycan və talış dillərinin münasibətinə həsr edilmiş bir neçə monoqrafiyaların müəllifi olub.
24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi.
17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir.
ALLAHDAN POROFESSOR NOVRUZƏLİ MƏMMƏDOVA RƏHMƏT DİLƏYİRİK. Nəyin doğru nəyin yalan olduğun Rəbb Allah bilir. “Dodo” redaksiyası olaraq onu anmaq borcumuzdur. Ailə üzvlərindən yeganə sağ qalan Məryam xanıma isə Allahdan səbr diləyirik.
Novruzəli Məmmədov barədə Feyzbok səhifəsindən rastıma çıxan bir yazı ilə sizlərin də tanış olmasını istərdim. Çox təəssüf ediləsi bir fasiyədir! Yaşasaydı Professorumuz 79 yaşını qeyd edəcəkdir…
https://www.facebook.com/groups/887769868041245/permalink/1672640129554211