Kirin kiçik oğlu Bərdi Baktriya satrapı idi, iqamətgahı Həmat kəndində idi. Kir Zərdüştun marşrutu ilə hərəkət edir. Mugandan indiki Yardımlı ərazisindən kecərək ındiki Noda kəndi ərazisindən çıxacaqda tələyə salınaraq öldurulur.
Noda kəndi tunc dovrundən qalma qədim kənddir. Kəndin ərazisindəki qədim qəbirstanlıqlar buna əyanı subutdur. Təsərüfat işləri zamanı tunc əşyalar tapılıb. Əsasən qədim abidələr qarət olunub. Kəndin ərazisində olan Nışandəsığ kurqanlarından Daster çayı istiqamətinə gedən yolda Kırikıştəy adında dərə var. Nəzərə alsaq ki, həqiqətən Kir burada suiqəsd nəticəsində öldürulub. Bü xəbər Əhəməni taxtına oturan Əzazil Kambizə çatdırılır. Onda təsəvvür edin ki, bu kənddə yaşayan insanların başına gətirilən musibəti. Bü sui qəsddə Daranın əli olub. Kirin yuxusu çin çıxıb. Bu hadisə baş verən kəndin adı Tus olmuşdur. Viştasp Əhəməni sarayına qohum olduğu üçun farsca Notar, Nodar, yəni yəni tayfa, yeni tirə adı da Tusa əlavə edilıb. Yəqin ki, bu hadisədən sonra Parfiya satrapı edam olunmuşdur. Kəndin digər baş bilənləri də edam olunmuş. Kənd dagıdılmış. Yerdə qalan əlsiz-ayaqsız insanlar səfalı dağ şəraitindən İranın susuz şərqinə, Xorasana sürgün edilmişlər. Onlar yeni yaşayış məskənlərinə keçmiş kəndlərinin adını vermişlər. Yeni Tus kəndində Zərdüşt dinini yaşatmaq məqsədin ilə qoşa sidr ağacı əkmişlər. Kir e.ə.530 – ildə qətlə yetirilıb. Təxminən həmin ildən bir az sonra Xorasanda Tus şəhərini əsası qoyulubsa, o ağaclar kəsiləndə yaşları təxminən 1390 olub. Firdovsi yəqin ki, bu hadisələrdən xəbərdar olub.Şair Tus və Giv pəhlivanları Değ çollərinə ova gondərir. Onlar dərin bir meşədə bir gözəl qıza rast gəlirlər. Poemadan belə nəticəyə gəlmək olur ki, Firdovsi öz əcdadlarının qədim vətənindən xəbərdar olmuşdur.
I Dara şah seçiləndən sonra yaxın qohum əqrəbasını bura geri qaytarıb. Onlar da Tus deyil Notər, Nodər adını qəbul etmişlər. Bu ad tədricən muasir talış dilinə uyğun olaraq Nodə şəklinə düşmuşdur.
İlqar Səfərov
Lerik, Noda