VƏTƏN SƏNƏ OĞUL DEDİ…

Hacıyev Səxavət Əbi oğlu (01.12.1966-25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974-1984 ci illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-ci ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-ci ilin noyabrından 1986-ci ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-ci ildə oranı bitirmişdir.

Səxavət Zirvəsinin döyüş yolları            

Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı. Sonralar Naxçıvana yollandı, Sədərək uğrunda döyüşlərdə böyük igidliklər göstərdi, daha da mətinləşdi. 1992-ci ilin dekabr ayında Səxavət yenidən Milli Qurtuluş taqımın tərkibində Qarabağda ağır və qanlı döyüşlərin iştirakçısı oldu.

17 yanvar 1993-ci il tarixində Səxavətin sonunucu qəhrəmanlıq döyüşu oldu. Döyüş Ağdərənin 1992-ci il martın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Sırxavənd kəndi uğrundə gedirdi.

Döyüşdə öz üzərinə çətin bir missiyanı götürən Səxavət düşmən maşınından gələn səngimiyən atəşləri susdurmaq üçün bir neçə qumbara götürərək düşmən maşınına yaxınlaşaraq onları zərərsizləşdirmişdir. PDM-in atdığı mərminin qəlpələri onu döş nahiyəsindən ağır yaraladı. Və təcilli vertayotla Bakıya aparılaraq M.Nağıyev adına xəstəxanədə yerləşdirilmişdir. Həkimlərin 8 günlük səyi və ağır cərrahiyyə əməliyyatları nəticəsiz qaldı. 25 yanvar 1993-ci il tarixində cəsur Səxavət əbədi ölməzliyə qovuşur. Vətən uğrundakı, vətən borcunu şərəflə yerinə yetirir və müqəddəs şəhidlik zirvəsinə ucaldı.

Qartal kimi zirvələrə can atdı,
Yağıları qabağında oynatdı,
El-obanın ad-sanını ucaltı.
Qacaq Nəbim, Səttərxanım, Səxavət.
İ.Öməroğlu

Azərbaycanın ağırlı-acılı günu olan Qarabağ müharibəsində, onun müdafiəsi üçün könüllulər lazım idi. Öz canını vətən uğrundə keçməyə hər zaman hazır olan oğullardan biri də Səxavət Hacıyev idi. 20 ildir ki, Səxavətsiz qalan zirvə Səxavət ruhunu özundə yaşadır. Bu zirvəyə yol Səxavətin Qarabağ müharibəsindəki döyüş yolundan keçir. Səxavətin tərcümeyi-halı haqqında məlumat verməyini məqsədəuyğun hesab edirik.

Tədbirin təşkilatçısı olan Şəhidin qardaşı Mübariz Qəhrəmanlı zəng edərək Suraxanıı rayonunda keçirələcək olan tədbirə bizi dəvət etdi. Tədbirin məhz Lerikdə deyil Bakının Şuraxanı rayonunun Əmircan qəsəbəsi  Dilarə Əliyeva adna 3-saylı uşaq incəsənət məktəbinin zalında saat 12:00 keçirələcəyi deyidi.

Tədbirdə Surxanı, Lerik və Dəvəçi İcra Hakimiyyətinin  Başçıları və dörd Millət Vəkilmiz iştirak edəcəkdi.

Noyabrın 30 da baş verən  vertalyot hadisəində, 14 zabit heyətinin faciəli şəkildə həyatlarıını itirdiklərinə görə tədbirin gedişatında dəvətlilərin  bəzisi gələ bilmədi.

İlk öncə şəhilərimizin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi və dövlət himnimiz səsləndirildi.

   Tədbirdə: Lerik Rayon İcra Başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev və Lerikli Milli Məclisin deputatı İqbal Məmmədov, Milli Məclisin digər deputatı Elman Nəsirli, Lerikin ağsaqqal ziyalısı Məzahir Ağazadə,  Suraxanı rayon İcra Hakimiyyətinin müavini Axundova Könül, Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədr müavini  Haqverdiyev Ənvər, Lerikdən olan professorlar Elman Quliyev, Əbülfət Pələngov, İqtisad elmləri namizədi Arzuman Muradlı, “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi veteranı polkovnik Hikmət Ağayev,  rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Nəvai Mətin, Azərbaycan Yaçılar Birliyinin üzvləri  və Prezident mükafatçıarı Əğəcəfər Həsənli, Balayar Sadiq, Xalid Mahmudov və meyxana usadı Valeh Lerikli çıxış etdilər.

Tədbirin ən həyacanlıı çıxışlarından biri şəhid  İman və Bəhrəm qardaşlarının atası Elman Məmmədzadənin çıxışı oldu. O bildirdi ki, mən iki oğlumu Vətənə fəda etmişəm. Bununla  fəxr edirəm. Özüm də bir əsgər kimi cənab Ali Baş komandanın əmrinə hər zaman hazıram.

Çıxış edən bütün natiqlər xalqımıza, vətənimizə böyük zəfər sevinci yaşadan əziz Prezidentimiz, Ali Baş komadan cənab İlham Əliyevə ehtiramlarını bildirmiş, ölkənin birinci xanmı hörmətli Mehriban xanma şəhid ailələrinə və  qazilərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. Bununla yanaşı  Lerikin bir çox ziyalıları və qaziləri də tədbirdə iştirak edirdilər. Lerikin  Təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Lerik rayon Heydər Əliyev mərkəzinin direktoru Husaməddin Abbasov, Lerik rayon İcra Hakimiyytinin şöbə müdiri Əlipənah Bayramov, Hamarmeşə kənd bələdiyyəsinin sədri Ədalət Həşimov, Respublika qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, Səngər İnternet Televiziyasının direktoru Aqil Alışov, “DODO” qəzetinin baş redaktoru İradə  Məlikova və başqa mediya nümayəndələri iştirak edirdilər.

“Vətən sənə oğul dedi” kitabın müəllifi şair Xalid Mahmud şəhid Səxavət Hacıyevin 55 illiyinə həsr etdiyi bu kitabın ərsəyə gəlməsindən danışdı.

Tədbirin sonunda Şəhid Səxavət Hacıyevin adına hazırlanmış diplomlar bir sıra iştirakçılara təqdim olundu.

Tədbirin təşkilatçısı olan şəhidin qardaşı Mübariz Qəhrmanlı tədbir iştirakçılarlna sonsuz təşəkkürürnü bildirdi və Alahdan cəmi şəhidlərimizə rəhmət dilədi. O bildirdi ki, nə qədər ki mən yaşayıram şəhid qardaşımın adnı həmişə uca tutub, ehtramla yad edəcəyəm.

İradə Məlikova