Dirilmənin Sevinci: Pasxa Azərbaycanda və Dünyada
Pasxa, xristian dünyasında İsa Məsihin çarmıxa çəkilməsindən sonra üçüncü gün dirilməsi ilə bağlı qeyd olunan ən müqəddəs bayramlardan biridir. Bu bayram bağışlanma, sevgi və ümidin simvolu kimi yaşanır.
İncil belə deyir:
“O, burada deyil – dirilmişdir.” (Luka 24:6)
İsa Məsihin dirilməsi xristian inancının təməlini təşkil edir. Bu hadisə təkcə bir möcüzə deyil, həm də yeni başlanğıcların, Tanrı sevgisinin və əbədi həyat vədinin simvoludur.
________________________________________
Pasxa Azərbaycanda – Tolerantlığın və Multikultural Dəyərlərin Təbəssümü
Azərbaycanda Pasxa bayramı müxtəlif xristian icmaları tərəfindən geniş şəkildə qeyd olunur. İsmayıllı rayonunda yaşayan malakan icması, bu bayramı illərdir ailəvi və dini ənənələrlə qeyd edir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədəki xristian icmalarını Pasxa münasibətilə təbrik edib. Dövlət başçısı illər öncə çıxışlarının birində bu mühüm fikri də səsləndirmişdi: “Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər.” Bu fikir bu gün də aktuallığını qoruyur və ölkəmizin multikultural siyasətinin əsas göstəricilərindən biri kimi yadda qalır.“Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri özlərini rahat hiss etməlidir.”
Bu sözlər ölkəmizdə dini dözümlülük və azadlığın yüksək səviyyədə olduğunu bir daha sübut edir. Bu mühitdə müxtəlif dini icmalar, o cümlədən xristianlar, inanclarını azad şəkildə yaşayır, bayramlarını sərbəst şəkildə qeyd edirlər.
________________________________________
“Barabba” – Pasxa Musiqalına Dəvət
Azərbaycanda fəaliyyət göstərən Vineyard Kilsəsi bu il Pasxa münasibətilə 20 aprel, saat 18:30-da Bakının mərkəzində yerləşən Kirxada xüsusi bir musiqili səhnələşdirmə – “Barabba” Pasxa müzikalı təqdim edir.
Bu əsərdə Tanrının bağışlaması, sevgi və qurban mövzuları canlandırılır – Barabbanın azad olunması, İsa Məsihin çarmıxa verilməsi fonunda bağışlanma hekayəsi yenidən səhnəyə daşınır.
Tədbirlə bağlı video və foto görüntüləri buradan izləyə bilərsiniz:
Pasxa Müzikali – Vineyard Kilsəsi
________________________________________
Təbriklər və Təşəkkürlər
Bu müqəddəs bayram münasibətilə bütün xristian dünyasını, o cümlədən Azərbaycanın müxtəlif bölgələrində yaşayan xristian icmalarını, İsmayıllıdakı malakanları və Vineyard Kilsəsinin icmasını səmimi qəlbdən təbrik edirik.
Həmçinin, bu dəyərli gün münasibətilə Vineyard Kilsəsinin baş kahini Emil Pənahova da dərin hörmət və təbriklərimizi çatdırırıq.
Bütün bu dəyərlərin qorunmasına və dini-mədəni müxtəlifliyə şərait yaratdığı üçün ölkə rəhbərliyinə də təşəkkür edirik.
________________________________________
Pasxa – keçmişin yox, gələcəyin, ümidsizliyin yox, dirilmənin bayramıdır.
Xristos dirildi! – Həqiqətən də dirildi!
https://www.facebook.com/reel/1382852729555691
İradƏ Məlikova
“Dodo” qəzetinin baş redaktoru