






ELXAN BƏŞİROV: İNNOVATiV SAHIBKAR VƏ TİKİNTİ SEKTORUNUN LİDERİ
Elxan Bəşirov Azərbaycanın tikinti materialları sənayesinin inkişafında və innovativ texnologiyaların tətbiqində mühüm rol oynamış tanınmış iş adamı, alim və ictimai xadimdir.
Prezident İlham Əliyev “Matanat A” şirkətində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər.
Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat-A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gips-karton və gipsəsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.
Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır. Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Zavodda 180 iş yeri yaradılıb.
Prezident İlham Əliyev “Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Dövlətimizin başçısı zavodu işə saldı.
Elxan Bəşirov “Matanat A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədridir. O, həmçinin Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri kimi sektorun inkişafına birbaşa rəhbərlik edir. Kəşflərin və İxtiraların Tədqiqi və Tətbiqi Akademiyasının (KİTTA) təsisçisi olaraq, o, elmi potensialın bizneslə inteqrasiyasına xüsusi önəm verir.
- 2003–2016: Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının üzvü.
- 2018–2022: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvü.
- 2017: Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri.
- 2016: Abşeron rayonu Sahibkarlar Assosiasiyasının sədri.
- 2016: Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin üzvü.
Texnika elmləri üzrə fəlsəfə doktoru olan Elxan Bəşirovun elmi dərəcələri:
- 2016: Böyük Britaniyanın Oksford Universitetinin fəxri professoru.
- 2016: Azərbaycanın əməkdar mühəndisi.
- 2016: Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri professoru.
- 2016: Beynəlxalq Akademik Akreditasiya və Attestasiya Komitəsinin (IAACC) elmlər doktoru.
- 2016: Texnika üzrə fəlsəfə doktoru.
İnnovasiyalar və Texnoloji Nailiyyətlər
“Matanat A” Qafqaz regionunda 1000-dən çox məhsul istehsal edən yeganə şirkətdir.
- Nanotexnologiyalar: İnşaat materiallarının istehsalında nanotexnologiyalar tətbiq edilir.
- Green Technology: “Dünyanı xilas edən” texnologiyalar tətbiq olunur.
- İSO Standartları: İSO 9001:2008 və İSO 14001:2004 standartları tətbiq olunub.
- FasNatural: 2010-cu ildə “İlin İxtirası” seçilmiş, aqlay daşını əvəz edən unikal hidrofob məhsul. Şirkət çoxsaylı beynəlxalq keyfiyyət mükafatları ilə təltif olunub.
- 2019: “Əməkdar mühəndis” fəxri adı.
- 2017: “Tərəqqi” medalı.
- 2014: Belarus-Azərbaycan işgüzar münasibətlərinə görə təşəkkürnamə.
- 2010: “QIZIL BUTA” mükafatı.
- 2010: Beynəlxalq konqresin təşkilinə görə mükafat.
- 2009: “Xəzər İnteqrasiya İşgüzar Klubu”-nun üzvlük təltifi.
- 2006: “XXI ƏSR AZƏRBAYCAN ZİYALILARI” Beynəlxalq Diplomu.
- Beynəlxalq Sokrat Mükafatı (Socrates International Award).
Rəhbərlik etdiyi sahələrdə xeyli gənc mütəxəssis ixtisasına uyğun işlə təmin edilmişdir. “Mətanət A” şirkətinin fəaliyyəti şəffafdır, yeni müəssisələrinin açılışında Azərbaycan Respublikasının Prezidenti, sahibkarların himayədarı İlham Əliyev şəxsən iştirak etmişdir. Biz media nümayəndələri olaraq, şirkətin kollektivinə uğurlar arzulayırıq.
HAZIRLADI:
İdris Şükürlü
İradə Məlikova
