Karantin rejiminin yumşaldılması çərçivəsində Ukraynada iyunun 1-dən etibarən dəmiryol daşımaları, o cümlədən uzaq məsafəyə hərəkət edən qatarların fəaliyyəti bərpa olunur.


Qaynarinfo xəbər verir ki, bu barədə İnfrastruktur naziri Vladislav Krikli məlumat verib. Onun sözlərinə görə, “Ukrazaliznıtsa” sərnişinləri qarşılamağa artıq hazırdır. “Ukraynada artıq iyunun 1-dən etibarən uzaq məsafəyə hərəkət edən ilk qatarlar reysə buraxılacaq. Karantin rejimi sərnişinlərin qəbuluna hazırlaşmaq üçün vaxt verdi”, – deyə Krikli qeyd edib.

Bundan əlavə, “Kiyev-Passajirski” stansiyasının vağzallarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, üzdən tanıma funksiyasına malik 22 yeni videonəzarət sisteminin quraşdırıldığı bildirilir. (modern.az)

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO