Milli Hidrometeorologiya Xidməti faktiki hava haqqında məlumatı açıqlayıb.


Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Xidmətin 5 iyun saat 20:00-а olan məlumatına əsasən, Şəmkir, Tərtər, Zaqatala, Bərdəyə yağış yağıb. 

Tərtər rayonu Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 mm, Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30 radələrində, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb. 


Şimal-qərb küləyi Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s,  Bakıda və Abşeron yarımadasında: Bakıda 23m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO