Sosial şəbəkələrdə virus kimi yayılan video küçədə yaşayan, narkotik qəbul edən və yüngül həyat tərzi keçirən qadına 50 min dollar qazandırdı və onu ailəsinə qovuşdurdu.

Bu barədə Çarlz soyadlı qadın “BuzzFeed News”a danışıb.

Belə ki, qadın gizlicə gecə klubuna daxil olan zaman mühafizəçi tərəfindən saxlanılıb. O iddia edib ki, çantasını içəridə unudub. Buna baxmayaraq, mühafizəçi qadının qolunu qandallayıb. Çarlz nəyə görə tutulduğunu soruşsa da, cavab almayıb. Bundan sonra o, işini itirdiyini deyib və rəqs etməyə başlayıb. Onun bu hərəkətləri videoya çəkilib.

Videoçarx sosial şəbəkələrdə populyarlaşıb. Müxtəlif remikslər hazırlanıb və kadrlar virus kimi yayılıb.

Bunun sayəsində qohumları qadını tapıb.

Çarlzın bacısı isə onun üçün “Instagram” hesabı açıb, orada üzərinə həmin mahnının sözləri yazılan maykaların satışına başlayıb və “Gofundme” platformasında qadın üçün pul toplamağa başlayıb.

Cəmi bir neçə günə qadın üçün 50 min dollardan artıq pul yığılıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO