Milli Məclisin iclasında deputat Razi Nurullayev 2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabatın müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifova sual ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, R.Nurullayev sualının həm də Mərkəzi Bankın sədri Elman Rüstəmova verildiyini bildirib.

“Samir müəllim, manatın dəyərdən düşməsində, maliyyə sistemimizin, ölkəmizin sosial-iqtisadi inkişafının ciddi ləngiməsində məsuliyyət daşıdığınızı qəbul edirsinizmi?”, – deyə R.Nurullayev bildirib.  

Deputat daha sonra əlavə edib:

“O zamanın və bu günün maliyyə naziri kimi, sizin məsuliyyətiniz və günahınız olmayıbmı?”

Aqşin Kərimov

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO