Estoniya hökuməti koronavirus pandemiyasına görə işini itirənlərə dəstək vermək qərarına gəlib.

“İnterfaks” xəbər verir ki, işsiz qalan şəxslər meyvə və giləmeyvə sektorunda məhsul yığımına istiqamətləndiriləcək.

Belə ki, Sosial İşlər və Kənd Təsərrüfatı nazirlikləri, həmçinin, Məşğulluq fondu bu məqsədlər üçün təxminən 600 min avro ayırmağa razılıq verib.

Sahibkarlar ən azı üç ay işsiz olan və ya bir aydan az müddətə müvəqqəti işləyən qeydiyyatdan keçmiş işsizləri işə götürməli olacaq.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO