Bakının Yasamal rayonunda naməlum şəxslər tərəfindən seyf yarılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Naməlum şəxslər Mustafa Sübhi küçəsində Eldar Şıxverdiyevə (1984-cü il təvəllüdlü) məxsus avtoservisə hasardan tullanmaqla daxil olublar. Orada olan seyfin qapısını açıblar.

Qarətçilərin qəniməti az olsa da, oğurluq faktı üzrə cinayət işinin başlanması üçün kifayət edib – 1600 manat.

Hazırda 27-ci polis bölməsinin əməliyyatçıları cinayəti araşdırırlar. Şübhəlilərin şəxsiyyəti hələ təyin edilməyib.

Ötən gün həmin idarənin ərazisində daha bir oğurluq hadisəsi baş verib. Naməlum şəraitdə Səbinə Qasımovanın (1972-ci il təvəllüdlü) mənzilindən 350 dollar nağd pul və 5 800 dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluğun üstü hələ açılmayıb.

Ramella İbrahimxəlilova

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO