Boğazında qalan kolbasadan qurtulmaq istəyərkən diş fırçasını da udub.

Lenta.ru-nun məlumatına görə, tragikomik hadisə Rusiya paytaxtında baş verib.

Məlumata görə, ailəsi ilə birlikdə şam yeməyi zamanı 22 yaşlı qızın boğazında yeməkdən bir hissə qalıb. O, hamam otağına keçərək diş fırçası ilə bundan qurtulmaq istəyib. Şotka yemək parçasına ilişəndə qız təsadüfən nəfəs alıb və əşyanı kolbasa parçası ilə birlikdə udub.

O, dərhal kömək istəyib, valideynləri təcili yardım çağıraraq, qızı xəstəxanaya aparıb.

Artıq həkimlər 22 yaşlı qızın qida borusundan diş fırçasını çıxara biliblər. Əməliyyat bir saat çəkib. Qız nəzarətdə olmaq şərti ilə evə buraxılıb.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO