“Neftçi” PFK müqavilə müddəti başa çatan iki futbolçusu ilə yolları ayırıb.

Oxu.Az xəbər verir ki, bunlar sağ cinah müdafiəçisi Tural Axundov və mərkəz yarımmüdafiəçisi Soni Mustivardır.

Qeyd edək ki, Tural Axundov “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, bir qol vurub.

Haiti millisinin üzvü olan Soni Mustivar isə “Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, üç qola imza atıb.

Xatırladaq ki, “Neftçi” daha əvvəl Haiti millisinin digər üzvü Donald Qerye ilə yollarını ayırmışdı.

Səbuhi Musayev

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO