window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Türkiyədə – Kütahyanın Gediz rayonunda bir avtomobilə silahlı hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bununla bağlı “Hürriyet” məlumat yayıb.

Hadisənin intiqam məqsədilə törədildiyi ehtimal edilir.

Belə ki, hadisənin şübhəlilərindən olan İrfan M.-nin oğlu keçən il bıçaqla öldürülüb.

İsmayıl İgidərin idarə etdiyi avtomobilə hücum zamanı maşında sürücünün arvadı Xədicə və qızı Həmidə də olub.

Maşın beş nəfərin silahlı hücumuna məruz qalıb.

Çarpaz atəşə məruz qalan maşında olanlardan İsmayıl İgidər ölüb, arvadı və qızının vəziyyəti ağır olaraq qalır.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO