Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.

Bu barədə APA-ya Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.

Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyyəsi üçün heç bir maneə qalmayıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış üç xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək.

Təxliyyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO