Standart tibbi maskalar uşaqları böyüklərə nisbətən daha pis müdafiə edir.

Bu barədə “İzvestiya” qəzeti “National Institute for Public Health and the Environment”in (RIVM) hollandiyalı alimlərinin apardığı araşdırmanın nəticələrinə istinadən xəbər verib.

Onların sözlərinə görə, bütün fərdi qoruyucu vasitələr yoluxmanın qarşısını almaqda məqbuldur. Bununla belə, uşaqlar tərəfindən maska istifadəsinin effektivliyi böyüklərə nisbətən 20 faiz azdır.

Elm adamları bunu uşaqların çox hərəkət etməsi və maskanı tez-tez çıxarması ilə izah ediblər.

Digər vacib amil standart maskaların uşaqlar üçün çox böyük olmasıdır. Buna görə də, xüsusi olaraq onlar üçün fərdi qoruyucu vasitələrin istehsalına ehtiyac var.

Maska istehsal edən şirkətlərin nümayəndələri hesab edirlər ki, indi uşaqlar üçün qoruyucu vasitələr bazarın yüzdə birindən az hissəsini tutur.

Ancaq tədris ili başladıqdan sonra, o cümlədən koronavirusun ikinci dalğası səbəbindən onlara tələbat arta bilər.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO