Tailandda vəhşi meymun sürüləri “Pranq Sam” qədim məbəd kompleksinə gələnləri qorxudub.

“The Bangkok Post” nəşri xəbər verir ki, karantinə görə ac qalan makakalar çox aqressivləşiblər.

Qida axtarışında heyvanlar evlərə və ərzaq mağazalarına basqın edirlər. Bildirilir ki, yayın əvvəlində şəhər sakinləri arasında meymunlara qarşı qoruyucu vasitələr ən populyar tələbat malı olub.

Problem o qədər kəskinləşib ki, Lopburi şəhər meriyası əyalət rəhbərliyi ilə birlikdə küçə heyvanlarına qarşı üç il əvvəl dayandırılmış sterilizasiya proqramını təcili bərpa edib.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO