Varşavada şəhərdaxili avtobus estakadadan düşüb. Çoxsaylı ölən və yaralananlar var.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

İlkin məlumatlara görə, azı iki nəfər ölüb, 27 nəfər yaralanıb.

Qurbanların sayının arta biləcəyi istisna edilmir. Altı yaralının vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın səbəbləri məlum deyil. Hazırda hadisə yerində polşalı xilasedicilər çalışır.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO