Türkiyənin İzmir şəhərinin Dikil rayonunun çimərliyində sahildən uzaq düşən iki uşaq hava ilə doldurulan oyuncağın üzərində xilas ola bilib.

“Anadolu Ajansı” xəbər verir ki, valideynlərin nəzarətsiz qoyduğu uşaqlar sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Xilasetmə dəstəsinin üzvlərindən biri hadisəni anbaan qeydə alıb. Videoda uşaqların təlaş içində olduğu və yardım istədikləri aydın əks edilib.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO