AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və I Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

Oxu.Az xəbər verir ki, bunların arasında sabiq referilərimizdən olan Rövşən Əhmədovun oğlu Rəşad Əhmədov da var. O, yeni mövsümdən Premyer Liqada hakimlik edəcək.

Premyer Liqa, referi: Rəşad Əhmədov

Premyer Liqa, referi köməkçisi: Kamran Bayramov

I divizion, referi: Tural Qurbanov

I divizion, referi köməkçiləri: Hidayət Feyzullayev, Tərlan Talıbzadə, Vüsal Məmmədov

Qeyd edək ki, Mingəçevir hakimlik məktəbini təmsil edən Rəşad Əhmədov 2017/2018 mövsümündə – 2018-ci ilin mayın 12-də Premyer Liqada “Keşlə” – “Qarabağ” matçı ilə debut etsə də, daha çox I divizionda hakimlik edib.

Səbuhi Musayev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO