Bədəni qeyri-bərabər qaralan modelin fotosu məşhur “Vogue” moda nəşrinin Portuqaliya versiyasının üz qapağında çıxıb.

Oxu.Az xəbər verir ki, çəkiliş fotoları jurnalın “Instagram” hesabında paylaşılıb.

Modelin iki rəngli bikinidə rahat formada oturaraq çəkilən fotosunda bədəninin günəş vannası zamanı qeyri-bərabər qaralması aydın görünür.

Fotolar “Günəşdən iki şey istəyirik: D vitamini və sosial məsafə. Əylənməyə hazırlaşın, iyul gəldi!” qeydi ilə paylaşılıb.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO