Bərdədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qafarov Fərid Müşviq oğlu idarə etdiyi “Vaz-2107” markalı avtomobillə yolu keçmək istəyən Elxan adlı kişini vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

Qeyd edək ki, F.Qafarov bu gün hərbi xidmətə yollanmalı idi.

Faktla bağlı araşdırma aparılır.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO