AZAL iyulun 8-də Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırıb.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıblar.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO