Oxu.Az-ın Azərbaycan-Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz bölgəsinə ezam olunmuş müxbiri Ağdam kəndinin sakini Əziz Əzizovun Ermənistan silahlı qüvvələrinin açdığı minaatan atəşi nəticəsində öldürüldüyü evindən videogörüntüləri təqdim edir.

Müxbirin sözlərinə görə, hərbi əməliyyatların intensivliyi iyulun 14-ü günorta saatlarına qədər davam edib.

75 yaşlı əlil Əziz Əzizovun həyətinə düşmüş minaatan mərmisinin qəlpələri kənd sakininin evinin qapısını dəlik-deşik edib.

Yaşlı kişini ölüm evinin astanasında haqlayıb.

Təqdim olunan görüntülər sübut edir ki, erməni tərəfi təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, ölkənin mülki əhalisinin yaşadığı məntəqələri də atəşə tutur.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO