Küçənin ortasında adam oğurlayıb, onu maşının yük yerinə saldılar.

Rusiyada baş verən hadisənin görüntülərini “Mash” “Telegram” kanalı yayımlayıb.

Kadrlardan görünür ki, bir neçə nəfər gənci əlindən və ayağından sürüyərək aparır, döyür, taksinin yük yerinə salır və naməlum istiqamətə aparır.

Maraqlıdır ki, sakinlər adam oğurluğuna, sadəcə, tamaşa ediblər.

Şahidlər hadisə baş verməzdən əvvəl qonşu binanın girişindən qadın qışqırtısının səsini eşitdiklərini bildiriblər. Lakin heç kim polisə zəng etməyib.

Sürücü maşını sürməzdən əvvəl sakinlərə deyib ki, qaçırdıqları adam pedofildir.

Gəncin sonrakı taleyi naməlum olaraq qalır.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO