Cənubi Kaliforniyada göldə tapılan meyitin bir neçə gün öncə itkin düşən məşhur amerikalı aktrisa Naya Riveraya aid olduğu müəyyən edilib.

CNN-in məlumatına görə, bu barədə Ventura əyalətinin şerifi Bill Ayub mətbuat konfransı zamanı xəbər verib.

Onun sözlərinə görə, 33 yaşlı ulduzun cəsədi Piru gölünün şimal-şərqində müəyyən edilib. Cəsədin üzərində zorakı ölüm, yaxud intihar əlavəmətlərinin olmadığı vurğulanıb.

Şerifin versiyasına görə, Riveranın suda çıxmağa gücü çatmayıb.

33 yaşlı aktrisa iyulun 9-da dörd yaşlı oğlu ilə birlikdə kirayə götürdüyü qayıqda üzməyə gedərkən itkin düşüb. Uşaq qayıqda yatmış halda tapılıb.

“Anam suya tullandı, sonra çıxmadı”, – deyə, uşaq polislərə ifadəsində bildirib.

İki dəfə dünyanın ən seksual qadını adını almış Riveraya “Xor” serialındakı Santana Lopez rolu məşhurluq gətirib. Bundan başqa o, “C.S.I.: Mayami”,  “Məkrli xidmətçi” və “Malibu xilaskarları” seriallarında da çəkilib.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO