Bu gün LDU-nun “Tarix və onun tədrisi metodikası” kafedrası əməkdaşları üçün də sevincli gündür.Kafedranın müdiri,dosent Rakif İbadovun bu gün 65 yaşı tamam olur.Kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla xanım Məcidova da bu gün yeni yaşına qədəm qoyur.Həmkarlarımızın hər ikisini LDU ailəsi adından ürəkdən təbrik edir,iş və ailə həyatında uğurlar arzu edirik.
Biz sizi çox sevirik, dəyərli iş yoldaşlarımız!100 yaşayın!
İbadov Rakif Hüseyn oğlu, Tarix elmləri namizədi, dosent, 1955-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix ixtisasında təhsil almışdır. Universiteti bitirdikdən sonra Lənkəran rayon Nərminabad qəsəbə və Boladı kənd məktəblərində müəllim və direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində elmi və pedaqoji fəaliyyəti davam etdirərək kafedra müdiri, dekan, elmi katib, tərbiyəvi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2005-ci ildə tarix elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 30-a yaxın elmi məqalənin, 1 dərs vəsaiti və 1 fənn proqramının müəllifidir.
Məcidova Leyla Qadir qızı, Tarix üzrə fəlsəfə doktoru, baş müəllim, 08.08.1976-cı ildə Lənkəran rayonunun Səpnakəran kəndində anadan olmuşdur. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir.1995-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuş, qiyabi şöbədə təhsil almaqla bərabər 02.X.1995-ci ildə “Ümumi dilçilik və xarici dillər” kafedrasında laborant vəzifəsində, 25.XII.1997-ci ildən isə “Azərbaycan və ümumi tarix” kafedrasında laborant vəzifəsində çalışmışam.2000-ci ildən -2002-ci ilədək LDU-nun Magistratura pilləsində “Yeni və ən yeni tarix” ixtisası üzrə əyani təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. 10.VIII.2002-ci il tarixindən LDU-nun Tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. “XIX əsrin sonu XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial iqtisadi vəziyyəti” mövzusunda tarix ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1 monoqrafiyanın, 40-dan artıq tezis və məqalənin müəllifidir.

Esmira İsmayılova
Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO