Xidməti dövründə C.Cavadov 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları və “Fəxri fərman”larla təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Kapitan Cavadov Cəlil haqda olan xatirə qəzetimizi onun qardaşı Fərid Cavadzadəyə çatdırmağı özümüzə borc bildik. Şəhidin qəbrini zityarət edərkən təsadüf nəticəsində dayısı da orada idi. Düzü biz Fəridlə Şəhidin xatirəsinə tikilən bulağın açılışında olamlı idik. Allah bilən məsləhət imiş həyat yoldaşımın 1993-cü ildə Lerikin Osnağakujə kəndinə apardığı Tanpo ləqəbli şəhid Namiqi ziyarət edərkən, orada bildirdilər ki burada bir şəhidimiz də var. Olduğum hər bir qəbirsanlıqda şəhid varsa ziyarət etməmiş çıxmırıq. Adəti üzrə şəhidimizi ziyarət edərkən onun Cəlil olması məni daha da kövrəltdi. Hansı ki elə may ayının qəzetində onun haqqında yazı getmişdi. Qəbr üstündə sanki nəfəsim gəlmirdi… Ailənin həyat talehini xatırladıqca sanki canım az qala çıxacaqdı orada. Bəli bu 4 qardaş atası-anasız böyümüşdü, amma buna baxmayaraq dördü də ayaq üstə qalmağı bacarmışdllar. Onlardan ikisi elə hərbiçi idi. Fərid isə iqtisadçıdır və Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsində Maliyyə və satınalmalar şöbəsində baş məsləhətçi olaraq çalışır. Fərid haqda hər zaman yoldaşımdan xoş sözlər eşidərdim bu dəfə isə redaksiyamıza gəlişi ilə bir daha bunu özü təsdiq etdi.
“DODO” redaksiyası adından şəhidimiz kapitan Cavadov Cəlilə Allahdan rəhmət diləyirik və yaxınlarına da baş sağlığı veririrk. Qəbrin nurla dolsun şəhidim! Haqqınızı halal edin.
İradə Dodo Məlikova