Azərbaycan nəşriyyatda elə bizim yerləşdiyimiz 8-ci mərtəbədə Şəddat Cəfərovun 80 illik yubileyinə həsr olunmuş rəhmətlik Fatma Həsənqızının “Acılı-Şirinli günlər kitabını təqdimatı olacağını öyrəndim. Şəddat müəllim Azərbaycanda ilk və yeganə poliqrafçı alimdir. Azərbaycan nəşriyyatında uzun illər direktor vəzifəsində çalşmışdı. Şəddat müəllim barədə geniş şaxəli məlumat toplamaq üçün yetər ki, Sevda Əlibəylinin baş redaktoru olduğu Söz müstəqil ədəbi-publisistik jurnalın 2020-ci ilin yanvar sayına nəzər salasız. Sevda Əlibətli Şəddat müəllim barədə yazır: Deyirlər, insan övladının həyatda dörd vəzifəsi var: övld böyütmək, ev tikmək, ağac əkmək və kitab yazmaq. Birinci üç vəzifəni çoxları yerinə yetirsə də, sonuncunu gerçəkləşdirmək yalnız nadir adamlara qismət olur. Ömür-gün yoldaşı Mirfatma ilə dörd övlad böyütmüsünüz. İdrak və sevin ixtisasca həkim, Sabitlə Murad hüquqüşnasdırlar. Ev tikmək- təkcə özünüzə yox, yüzlərlə ailəni isti ocaqla sevindirmisiniz. Ağac əkmək-bu ağacarın sayı hesaba, bağ-bağçanızın miqyası ölçüyə gəlməz. O ki qaldı kitab yazmaq-kitablara imza atan Sizin qədər ikinci, üçüncü şəxsimiz varmı?!
Bəli Şəddat müəllimin Azərbaycan nəşriyyatında etdikləri misilsizdir. Amma mən düşünürəm kaş ki Şəddat müəllim indi director olaydı. O zaman “Samur”, “Diplomat”, “Toloşon sədo” və “Dodo” qəzeti redsaksiyalarının otaq və maliyyə problemləri də öz həllini tapmış olardı. Lap yerinə düşdü kitabın adındakı kimi redaksiyalarımız acılı-şirinli günlər yaşayırlar.
Bütün redaksiya heyəti adından Şəddat müəllimə can sağlığı arzu edirik. Bu yaxınlarda Şəddat müəllimdən onun həyat təcrübələri barədə bir çox alacağımız bilgiləri də sizlərə çatdıracağıq.
İradə Məlikova