Heydər Əliyev talış xalqını, Talış diyarını, Talış dağlarını tanıyıbmış. Ruhuna rəhmət. İnşAllah oğlu cənab İlham Əliyev də başçılıq etdiyi dövlətin xalqını yaxından tanıyar.

“Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1998-ci il oktyabr ayının 5-də prezident seçkiləri ilə əlaqədar olaraq Astara və Lənkəran rayonlarında ictimaiyyət nümayəndələri qarşısında çıxışları zamanı demişdir:

“…Bu Talış dağlarının ətəyində, bu gözəl dilbər guşədə yaşayan talışlar, azərbaycanlılar hamısı birdirlər, hamısı vahid Azərbaycan xalqıdır…”. “Siz Azərbaycanın bu gözəl diyarını yaradanlarsınız. Siz Lənkəran xanlarının varislərisiniz. Siz bu bölgənin müdrik insanlarının, talışxanovlar, generallar sülaləsinin varislərisiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış general Həzi Aslanovun varislərisiniz, onun həmyerlilərisiniz, onun dostları, qardaşlarısınız…”.

“Azərbaycanın Talış dağları, bu Talış diyarı böyük insanlar, böyük şəxsiyyətlər yetişdirmişdir. Siz burada – Lənkəranda, bu Talış dağlarının ətəyində Azərbaycan elmini, mədəniyyətini, təhsilini inkişaf etdirən dəyərli insanlar yetişdirmisiniz. Siz bununla fəxr edirsiniz, bütün Azərbaycan xalqı bu dəyərli insanlarla fəxr edir”.

“…Astara gözəl bir yerdir, Talış dağlarının ətəyi, Xəzər dənizinin sahili, Astara çayı, gözəl meşələr, bağlar, gül-çiçəklər, otlaqlar – Allah sizə dünyanın ən gözəl guşəsini bəxş edib. Ona görə siz xoşbəxt adamlarsınız. Mən sizə bundan da çox xoşbəxtlik arzulayıram!…”.

(“Astara” qəzeti, 6 – 13 noyabr 1998-ci il, “Söz” jurnalı № 5 – 6 1998-ci il, Musarza Mirzəyev, Maqsud Məmmədov – “Mamusta” kitabı. Bakı, “Hərbi Nəşriyyat”. 1999-cu il, 192 səhifə.)

Bu tarixi TANINMANI üzə çıxaran Xudaşirin həkimə sayğı və minnətdarlığımı ifadə edirəm.

Xudaşirin Cəbiyev:

Heydər Əliyev sözü zamanında və yerində deyən uzaqgörən siyasi xadim idi. O heç vaxt elə- belə söz işlətmirdi. Bilirdi nəyi niyə deyir. Bəli, o talış xalqına yüjsək dəyər verən rəhbər idi. Talış məsələsində H. Əliyevin tutduğu strategiya və siyasi xətt davam etdirilməlidir. Allah H. Əliyevi rəhmət eləsin!

 

PAYIZIN 44 ANI

2-ci Qarabağ müharibəsində şəhid olmuş lənkəranlılar barədə “Payızın 44 anı” adlı 324 səhifəlik kitab çapa verilib. Bir neçə aylar ərzində yazıçı-publisist Xatirə Xatun və Qafar Cəforov birlikdə hər cür zəhmətə qatlaşaraq şəhidlərimizin adına layiq yazılar hazırlamağa çalışıblar.

Rastlaşdıqları ən böyük problem isə kitabın nəşri ilə bağlı olub. Şəhid deyib “üz-gözünü cırmaqlayan” deputatdan tutmuş vəzifə sahiblərinə, şirkət rəhbərlərinə, din xadiminə kimi heç kim bir manatından belə keçməib. Müəliflər yazır: Gördüyümüz ögey münasibətə heyfsləndik. Sağ olsun, sıravi bir lənkəranlı iş adamı kitabın bütün nəşriyyat xərclərini qarşıladı və bu səbəbdən kitabımız işıq üzü görəcək.

Kitab şəhid ailələrinə, təhsil və mədəniyyət müəssisələrinə, əlaqədar təşkilatlara pulsuz paylanılacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin.