Tutdu qara bulud Vətən üstünü,

Ağrılar taladı möhnət mülkünü.

Çünki xalq deyirdi öz haqq sözünü,

Töküldü haqsız qan yanvar gecəsi.

 

Silahı vətənə düşmən tuşladı,

Ədalətin vardı bir quru adı.

Bu günahsız xalqın qalxdı fəryadı,

Töküldü haqsız qan yanvar gecəsi.

 

 

Qarbaçov o gecə tapdı bəhanə,

Qoşunu yeritdi Azərbaycana.

O gecə qıydılar neçə cavana,

Töküldü haqsız qan yanvar gecəsi.

 

 

Silahlar səsləndi gecə susmadı,

Onların önündən millət qaçmadı.

Əbədiyaşadı şəhidlər adı,

Töküldü haqsız qan yanvar gecəsi.

 

Ölüm şərbətini şəhidlər içdi,

Qoca, cavan, körpə canından keçdi.

Vətən qəhrəmanın o gecə seçdi,

Töküldü haqsız qan yanvar gecəsi.

 

 

Şəhidlər qoyuldu çiyinlər üstə,

Xiyabana tərəf yollandı dəstə.

Qəmli nida qalxdı göyə ahəstə,

Töküldü haqsız qan yanvar gecəsi.

 

 

Millət şəhidlərə matəm saxladı,

Bütün Azərbaycan qara bağladı.

O gün nalə çəkib yer-göy ağladı,

Töküldü haqsız qan yanvar gecəsi.

 

Heydər qiymət verdi 20 Yanvara,

İnsan axır bura, verməyir ara.

Baş əyir insanlar hər bir məzara,

Töküldü haqsız qan yanvar gecəsi.       

 

Əkrəm Xürrəmi

Lerik, Gürdəsər

 

 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO