Səkkizi noyabrda,

Tarixi zəfər çaldıq.

Şuşanı-Qarabağı,

Düşməndən geri  aldıq.

44 günlük döyüşdə,

Dümənlə cəngə durduq.

Namərd işğalçılara,

Sağalmaz yara vurduq.

Azərbaycan göstərdi,

Ordusu birincidir.

Texnikası PUA-sı,

Mirvaridir, incidir.

Şəhid verdik, igidtək,

Nər cüssəli mərdləri.

Qazilər sağalacaq,

Azalacaq dərdləri.

30 illik işğalın,

İntiqamı alındı.

Qarabada üç rəngli,

Bayrağım dalğalandı.

Dünya çalxalansa da,

Türkiyə yanımızda.

Ərdoanla, İlhamın,

Birliyi qanımızda.

Ərazi bütövlüyün,

Sərhədlərlə həll oldu,

Azəri,Türk qardaşın,

Qəlbi sevnclə doldu.

 

Məhəmməd Ağa

Masallı, Qızılavar

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO