
Heydər Əliyev
“Azərbaycan heç vaxt Dağlıq Qarabağın itirilməsinə yol verməyəcək, nəyin bahasına olursa-olsun, doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəl-lərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında e¬rməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaran¬masına biz heç vaxt imkan vermərik”.
İlham Əliyev
MÜƏLLİF
Fatma Həsənqızı 1932-ci il aprel ayının 10-da Astara ra-yonunun Kakalos kəndində ziyalı ailəsində anadan ol-muşdur. Kəndin 7 illik natamam orta məktəbinin 7-ci sinfini əla qiymətlərlə bitirib. 1950-ci ildə Bakı l №-li tibb məktəbinə imta-hansız qəbul olunmuşdur. 1955-ci ildə həmin məktəbi müvəffə-qiyyətlə bitirmişdir. Bir müddət tibb sahəsində işləmiş və huma-nitar elmlərə, xüsusilə incəsənətə hələ orta məktəbdə oxuyarkən həvəs göstərdiyinə və bu həyata bağlandığına görə 1962-ci ildə M.A.ƏIiyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-şünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1968-ci ildə institutu bitirmişdir.
Sonra beş il “Gənclik” nəşriyyatında korrektor və sonra tex¬niki redaktor işləmişdir. 1987-ci ilə kimi Azərbaycan Mədəniyyət Nazirliyinin Elmi-Metodiki mərkəzində teatrşünas kimi metodist və sonra baş metodist vəzifəsində fəaliyyət göstərmişdir.
Fatma Həsənqızı 1987-ci ildə təqaüdə çıxmışdır. O vaxtdan mütəmadi olaraq yaradıcılıqla məşğul olmuşdur.
Publisist, yazıçı və dramaturq Fatma Həsənqızının “Məhluqə Sadıqova” , “El ruhunda” , “Qəpikdən milyona doğru”, “Acılı-şi-rinli günlər”, üç hissədən ibarət “Xocalıda uşaqların fəryadı”, “Nə-sildən nəslə” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Müəllif böyüklər üçün yazıb-yaratmaqla yanaşı gələcəyimiz olan uşaqları da unutmur. Onun “Tibb bacısı”, “Nurlu meşənin nağılı”, “Şirin qəzəbi”, “Anası öpməyən qız”, “Elçisi gülüm olanın başına külüm olar”, “Simurq quşu”, “Meşəmizdə div peyda olub”, “Mizan tərəzi”, “Qızıl alma”, “Su pərisi”, “İnad”, “İyirmi Yanvar”, “Dilək”, “Gültəkin”, “Geriyə yol yoxdur”, “Anaların fəryadı”, “He-kayələr”, “Tıq-tıq xanım” pyesləri çapdan çıxmış və dövlət teatr¬larında, mavi ekranda, xalq teatrlarında və məktəb səhnələrində göstərilmişdir.
Fatma Həsənqızı hal-hazırda 86 yaşında da qələmini yerə qoymur. Uşaqlar üçün hekayə və pyeslər yazmaqda davam edir. Müəllif əsərlərində şeir, bayatı, rübaidən də istifadə edir.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, poliqrafiya üzrə Azərbay-canda yeganə alim Şəddat Cəfərovun Fatma Həsənqızının əsər-lərinin çapında böyük xidmətləri olmuşdur.
2011-ci ildə Məhəmməd Şükürovun “Təknur” MİS-nin mət-bəəsində çap olunmuş “Xocalı daş yaddaşım, qan yaddaşım” adlı kitabından seçmələr.
***
Zori Balayan
Xocalı soyqırımını törədən, “Böyük Ermənistan” ideyasının əsas carçılarından biri, Xocalı soyqırımının birbaşa iştirakçısı, APA-nın 2007-ci il fevral məlumatına görə interpol xətti ilə ba-rəsində beynəlxalq axtarış elan olunmuş şəxs.
Zori Balayan 1996-cı ildə nəşr olunan “Ruhumuzun can-lanması” adlı əsərində Xocalı soyqırımına haqq qazandırır. Soy¬qırımı günü Xocalıda azərbaycanlıların başına gətirdiyi cinayətlər barədə kitabın 260-262-ci səhifələrində yazdıqlarını həyasızcasına etiraf edir.
***
David Xerdiyan hazırda Livanda yaşayır. Yazıçı-jurnalistdir.
O, “Xaç uğrunda” adlı kitab yazmışdır. Kitabının 19-76-cı sə-hifələrində Xocalı soyqırımından, “Qafan” erməni qrupunun 2000-ə yaxın Xocalı sakininin cəsədlərini yandırması ilə məşğul ol-masından, Daşbulaq kəndinin yaxınlığındakı bataqlıqdan necə keçmək barədə böyük həvəslə, zövqlə, fəxrlə yazır.
***
TÜRK BALASI
Erməni hərbi birləşmələri Xocalını dörd ay mühasirədə saxladılar. Dörd ay əlaqəsi hər tərəfdən üzülmüş əhalinin vəziyyəti gündən-günə çətinləşdi. Ərzaq qıtlığı, od, ocaq çatışma-mazlığı Xocalı sakinlərini sıxdı. Bəzi ailələr məcburən ata-baba yurdunu alt-alta, üst-üstə qoyaraq, xəlvət yollarla doğma Xocalını tərk etdilər. Əksər xocalılılar yurd-yuvalarından ayrılmadılar. Mərkəzdən ordu gələcək, faşistləri Xocalı sərhədimizdən qovacaq ümidi ilə günləri sayırdılar. Çox gözlədirlər. Mərkəzdən nə səs çıxdı, nə də kömək gəldi.
Erməni hərbi birləşmələri Xocalı sərhədini pozmaqda ehtiyat edirdilər. Sonra öyrəndilər ki, müdafiə üçün Xocalının hərbi qüv-vəsi yoxdur. Varsa da yerli könüllülərdir.
Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermə-nistan hərbi birləşmələri yeddi min əhalisi olan Xocalıya basqın elədilər. Avtomat tüfənglə, tankla, pulemyotla və daha ağır hərbi texnikalarla Xocalını hər tərəfdən atəşə tutdular.
Bədnam 366-cı alay da Xocalı soyqırımında erməni hərbi bir¬ləşmələrinə yaxından kömək edirdilər. Kənd qalmadı, qəsəbə qal¬madı, şəhər qalmadı, dağ, dərə, meşə qalmadı. Evləri, damları, daş¬ları erməni hərbi birləşmələri atəşə tutdular, dağıtdılar, yandırdılar. Köməksiz Xocalını alov bürüdü. Tüstü Xocalını əhatə elədi. Ata, baba yurdunu tərk edərək qaçan Xocalı sakinlərinin ah-vayı, fərya¬dı ərşə qalxırdı. Onlar hansı tərəfə qaçırdılarsa, erməni faşistləri ilə üz-üzə gəlir və faşist güllələrinin qurbanı olurdular.
Həmin gün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermə¬nistanın hərbi birləşmələri 7 min əhalisi olan Xocalıda soyqırımı aktı həyata keçirtməyə başladılar. Erməni hərbi birləşmələrinin tərkibində olan Zori Balayan, Z.Balayanın dəstəsində quyruq bula¬yan Xaçatur, David Xerdiyan, M.Şahnazaryan, “Qafan” erməni qrupu tərkibində olan Tiqranyan, podpolkovnik Ohonyan və digər canavar xislətli bu ermənilər qabaqlarına çıxan insanları gülləbaran eləyib, yerə sərirdilər. Hər tərəfdə – yollarda, düzlərdə xocalılıların meyiti səpələnmişdi. Qan su yerinə axırdı.
Zori Balayanın dəstəsi evlərə soxulur, evlərindən çıxmayanları amansızcasına qətlə yetirir və evləri qarət edirdilər. Onlar babaları Şaumyanın yolunu davam etdirərək artıq çantalarını qızılla, gü¬müşlə, pulla doldurmuşdular. Kefləri saz idi.
Qarşıdakı qədim və möhtəşəm bir bina koruş Zori Balayanın diqqətini cəlb etdi.
– Ara, Xaçatur David. Bu bina məni özünə maqnit kimi yaman dartdı. Gedək görək içərisində nə var, nə yox.
Həmkarlar koruşun təklifi ilə razılaşdılar. Faşistlər türklərə rişxənd edə-edə, deyə-gülə, qəhqəhə çəkə-çəkə malikanəyə tərəf addımladılar.
Malikanədə 13 yaşlı Azad və anası Süsən yaşayırdı. Onlar qaçmamışdılar. Evin sahibi Fərhadı gözləyirdilər.
Fərhad evin kiçik uşaqlarını Bakıya, qardaşıgilə aparmışdı. Bakıdan qayıdaraq oğlu Azadı da, həyat yoldaşı Süsəni də Xo-calıdan çıxaracaqdı. Ancaq o, arzusuna çatmadı. Yolda erməni faşistləri onu güllələdilər.
Süsən hamilə idi. Doğuşuna az qalırdı.
Onlar ana, bala qorxu və səksəkə içində səbirsizliklə Fərhadın yolunu gözləyirdilər.
Artıq gün günortadan keçmişdi. Bayırda hər tərəf qarla ör-tülmüşdü. Qar qarışıq külək tufan qoparırdı. Bu vaxt itlərin hü-rüşməsi eşidildi. İtlərin sahibləri erməni qrupu idi. Süsən balası Azadı sinəsinə sıxdı.
– Qorxma mənim balam. Ermənilərdir. Yoldan keçirlər. Qa-pımız möhkəmdir, içəri girə bilməzlər: – deyə oğlunu sakitləşdir-mə¬yə çalışdı. Süsən deyən olmadı. Erməni qrupu qapını sındırdılar. İtlər qarışıq evə doluşdular. Qriqori içəri girən kimi otağa göz gəzdirdi, Süsəni gördü. Üst-başını qardan təmizləyə-təmizləyə dedi:
– Ara, bəxtimiz gətirib. Burda türk qadını var.
– Hə, ara. Canımız qızınar heç olmasa – deyə ermənilərdən biri hırıldadı.
Qriqori dərhal əynindən hərbi gödəkçəsini çıxarıb bir tərəfə tulladı. Sorğu-sualsız Süsənin üstünə cumdu. Qadın müqavimət göstərsə də, qatil aman vermədi, qadının qollarını arxasında çar-pazladı. Onu zərblə döşəməyə yıxdı.
Azad anasını müdafiə etmək üçün Qriqorinin üstünə atıldı. Onu var gücü ilə yumruqlamağa başladı.
– Anamdan əl çək! Ona toxunma! Yoxsa öldürərəm səni!
Qriqori həmkarlarına:
– Bu it küçüyünü çəkin kənara! – deyə bağırdı.
Faşist xislətli ermənilər Azadı kənara çəkdilər. Oğlanı saxlaya bilmirdilər. Sanki pəhləvan gücü gəlmişdi ona. İşi belə görən er-mənilər yeniyetməni qaldırıb pəncərəyə mismarladılar. Azadın qış¬qırığı otağa dolmuşdu.
Süsən erməni vəhşisinə var gücü ilə müqavimət göstərir və balasına can deyə-deyə erməniyə qışqırırdı.
– Erməni, əl çək məndən! Mənə toxunma! Vicdanın olsun. Uşağımı buraxın! Axı nə vaxt siz ermənilərdə vicdan olacaq? – de-yə özünü o yan-bu yana dartırdı.
Qriqori qadının öhdəsindən gələ bilmədiyinə görə yumruğu ilə Süsənin gicgahına var gücü ilə zərbə endirdi. Süsən keyləşdi və susdu.
Erməni qulduru Süsənə təcavüz etdi. Sonra Qriqori Süsənin qarnındakı uşağı güllələdi. Qadının qarnını yardı. Uşağı ananın qarnından çıxartdı, o yan, bu yana çevirib baxdı.
– Ara, bu ki oğlandır – deyə qəhqəhə çəkib güldü.
Bıçağı çıxardıb uşağı doğramağa başladı.
– Düz eləyirsən, ara. Türkün nəsli ana qarnında ikən doğramaq lazımdır. Nəsil artmasın gərək: – deyə digər quldurlar istehza ilə hırıldadı.
Daha bir erməni soruşdu:
– Matağ, doğranmış uşaq nəyinə gərəkdir?
– Kabab çəkib dişinə çəkəcək – deyə daha bir erməni güldü. Ətraf ermənilər də ona qoşuldular.
Qriqori özündən razı halda:
– Yox, ara. İtlərimiz dünəndən acdılar. Bu türk çağasının tikələrini itlərimizə yedirdəcəm.
Elə bu vaxt Zori Balayan öz quldur dəstəsi ilə evə soxuldu. Erməni əsgərlərini görüb xoşhal oldu.
– Salam əsgərlər! – deyə öz həməqidələri ilə salamlaşdı. Əsgərlər Zorini görən kimi sevinərək farağat durdular. Ucadan:
– Ura, ura! – deyərək onu salamladılar.
Zori Balayan koruş gözlərini qıyaraq zəndlə türk qanına bulanmış əsgərlərin üst-başına baxdı.
– Siz nə ilə məşğulsunuz? – Bu nə üst-başdır, bu nə sir-sifətdir – deyə maraqlandı.
Qriqori sinəsini qabağa verdi.
– Zori, matağ. Budur türk balasını mismarlamışıq pəncərəyə, cəzalandırırıq. Azad şiddətli ağrıdan göynər-göynər hey qışqırırdı.
– Ata, hardasan? Gəl məni bu vəhşilərin əlindən qurtar! Bun-ları görüm lənətə gəlsin!
Azadın yanıqlı fəryadı koruş Zorinin əsəblərini qıcıqlandırdı. Amiranə səslə dedi:
– Kəsin bu it küçüyünün səsini! Baş-beynimi apardı!
Zorinin sadiq dostu Xaçatur laqeyd halda Süsənin meyitinə yaxınlaşdı. Əlindəki bıçağın iti tiləsini açdı. Ananın bir döşünü kəs-di. Əli qana bulanmış vəziyyətdə pəncərəyə yaxınlaşdı. Döşü zor gücü ilə Azadın ağzına təpdi. Azadın səsi kəsildi. O, nə qədər ça¬lışdısa da səsini çıxarda bilmədi.
– Hə, necədir? Rahat oldun? Ananın südündən doyunca iç, özünə gəl – deyə Xaçatur sırtıq-sırtıq hırıldadı. Ətrafdakı erməni quldurları Xaçaturun hərəkətlərinə tamaşa edir və bundan zövq alırdılar.
Xaçatur çox laqeyd halda işinə davam edirdi. O, Azadın başının dərisini soymağa başladı. Azad dəhşətli ağrıdan qışqırmaq, dad, aman etmək istəsə də ağzı bağlı olduğundan səsi çıxmırdı. Zavallı oğlan pəncərədən asılmış halda boğazı xırıldaya-xırıldaya əl-qol atır, Xaçatur esesin əlindən qurtula bilmirdi.
Ətrafdakılar Xaçaturun elədiyi əməliyyatı maraqla izləyir və tez-tez qol saatlarına baxırdılar.
Sonra Xaçatur Azadın sinəsinin dərisini, daha sonra qarnının dərisini soydu.
Əməliyyat yeddi dəqiqə çəkdi.
Artıq Azadın çırpınan balaca ürəyi dayanmışdı. Ətir qoxulu nəfəsi kəsilmişdi. Bədəni boşalaraq pəncərədən asılmış halda qalmışdı.
Sən demə Xaçaturun ilk sənəti həkimlik imiş. Yəni cərrah. Təh¬silini başa vuranda dinindən, irqindən, milliyyətindən asılı ol-mayaraq, insanlara qarşı mərhəmətli olacağına, onların sağlamlığı naminə çalışacağına Hippokrat andı içib. Budur onun andının nəticəsi.
Xaçatur pəncərədən asılı qalmış Azadın saralmış, əzab çəkmiş üzünə baxdı. Sonra Zori Balayana dedi:
– Matağ, qismən də olsa türklərdən ata, babamızın qisasını ala bildik.
Bu türk balasının ata, babasının bizim uşaqların başına gə-tirdiklərinin cavabını verə bildik.
Xaçatur bununla həm yırtıcı heyvan olduğunu bildirdi, həm də yalançı babaları kimi, türklərə qarşı yalan və böhtan uydurdu.
Zori Balayan:
– Xaçatur, dostum. Türk balasının üzərində apardığın əməliy-yatla ürəyimdə türklərə qarşı yaranan tikanı çıxartdıq. Ox… bilirsən necə rahatlandım! – deyə əlini ürək nahiyəsinə apararaq ovxaladı. Sonra dedi:
– Əzizlərim, millətpərvər olaraq, bugünkü vəzifəmizi yerinə yetirdik. Dostlar, Xaçatur çox yorulub. Bərk tərləyib. Üst-başı türk qanına bulaşıb. Elə bizim halımız da onun günündədir. Tamam çirkab içindədir. Türk qanının çürümüş iyi beynimi çatladır. İndi artıq gecdir. Bu üfunət iyində birtəhər gecələyək. Sabah tezdən ge-dərik kilsəyə. Türk qanını üstümüzdən təmizləyərik. Onda ruhu¬muz canlanar.
Qeyri-insani erməni qrupu türk qanına bulaşmış halda, türk qanının qoxusunu ciyərlərinə çəkə-çəkə, soyuqdan titrəyə-titrəyə türkün malikanəsində gecələdilər.
Səhər açıldı. Quldurlar çölə çıxdılar. Malikanəni partlatdılar. Malikanə dağıldı. Alov göyə sovruldu. Tüstüsü Xocalıya yayıldı.
Zori Balayan və quldur dəstəsi deyə-gülə kilsəyə yollandılar. Bərk qar yağırdı. Külək şaxtaya dönmüş qar dənələrini canilərin üzünə çırpırdı. Çox getdilər, nəhayət kilsəyə çatdılar. Xaçatur tə-piyi ilə kilsənin qapısını itələdi. Qapı açıldı və dərhal qayıdıb zərblə Xaçaturun qartal burnunu partlatdı. Burnu üzünə pərçim oldu. Burundan qan fışıldadı. Xaçatur əli ilə burnunu qapayaraq öküz kimi bağırdı.
– Vay burnum! Aman kömək eləyin! Zori hardasan?
Zori Balayan dostunun halına baxıb, çiynini çəkdi.
– Mən nə edə bilərəm, matağ? Həkim sənsən. Nə lazımdır de, mən də kömək eləyim.
Bu vaxt səs-küyə keşiş yaxınlaşdı. Xaçaturun üz-gözü və üst-başının qanlı olduğunu görüb, təəccüblə soruşdu.
– Əsgər, üzünə nə olub? Niyə bu hala düşmüsən?
– Nə olacaq. Sənin lənətə gəlmiş qapın üzümə çırpıldı. Məni bu hala saldı. Keşiş deyilsən? Tez ol burnumun qanını kəs! – deyə keşişin üstünə qışqırdı.
Keşiş, Xaçaturun qışqırığına əhəmiyyət verməyərək:
– Balalarım, gəlin, keçin içəri. Tez qapını bağlamaq lazımdır. Soyur içəri sovrulur. Sonra o dönüb Xaçatura dedi: – Bura Allahın evidir. Qapısı həmişə pis adamların üzünə çırpılır. Mənim balam, mənim vətənimin qəhrəman əsgəri, sən ki Allah adamısan.
Zori dedi:
– Dünən bir türk balasını doğrayıb itlərə yedirtdik. Yaman ürəkli adamdır.
– Hə. Bu əla xəbərdir. Türk balalarının qanını axıtmaq savab iş¬dir. Afərin əsgər. Gözəgörünməz Allahımız sənin bütün günah-larını üstündən silib təmizləyər – deyə keşiş bir daha Xaçaturun sir-sifətini gözdən keçirtdi: – Vay-vay. Sənin burnun yaman gündədir ki. Qanın da ki, türk qanına qarışıb.
Zori Balayan qürurlu halda dedi:
– Türklərin qanı halaldır.
– Yaxşı, qəhrəman əsgər. Gedək mənim otağıma. Sənə kömək olum. Biz keşişlər insanpərvərik. Millət uğrunda qan tökənləri darda qoymarıq.
Zori dilləndi:
– Müqəddəs ata, əvvəl bizə su yerini göstər.
Biz ruhumuzu canlandırmalıyıq.
Keşiş:
– Matağ, suyumuz yoxdur. Su çəlləyinə güllə dəyib. Çəllək deşilib. Suyu tamam axıb qurtarıb: Quyumuza isə bomba düşdü. Quyu matorqarışıq partladı. Biz özümüz də suya həsrət qalmışıq.
Xaçatur:
– Zori, mən ölürəm. Qanım axır. Mənim halıma qal.
Zori:
– Matağ, canın bərkdir. Dözərsən – deyib keşişin yaxasından yapışdı. Müqəddəs ata, tez ol su ver! Keşiş Zorinin əlini astaca yaxasından çəkdi. Qayğılı halda dedi:
– Gedin. Ziyarət ocağında, kasalarda xaç suyu var. Dua eləyin. Sudan için. Üzünüzə çiləyin. İnanın mənə. Ruhunuz mütləq canlanar. Başqa yol yoxdur. Sonra Xaçatura dedi: – Matağ, gedək mənimlə. Burnundan axan qanın qarşısını alım.
Keşiş Xaçaturla getdi. Zori Balayan həməqidələri ilə birlikdə ziyarət ocağına yaxınlaşdılar. Öz dillərində dua elədilər. Kasalar-dakı on gündən qalmış sudan qənaətlə içdilər. Üz-gözlərinə, ürək nahiyələrinə çilədilər. Su kasalardan qurtardı. Bununla da canilər ruhlarını canlandırdılar, pak olmalarına inandılar.
Keşiş, Xaçaturun burnundan axan qanı dayandırmışdı. Ancaq burun bərk şişmişdi. Qartal burnu daha da eybəcər olmuşdu. Kilsə suyu isə Xaçatura qismət olmadı. Üzərindəki dəhşətli günahlar ruhunda ilişib qaldı. Ömürlük olaraq çirkab içində yaşayacaq.
BATAQLIQ
“Nə tökərsən aşına, o çıxar qaşığına”.
Erməni quldurları hər tərəfdən Xocalının sərhəddini pozaraq bütövlükdə əraziyə soxuldular.
Xocalı kəndləri, şəhərləri, qəsəbələri, düzləri, dağları, dərə-ləri qalmadı. Əli avtomatlı ermənilər Xocalını hər tərəfdən əhatə etdilər.
Həmin gün hava dəhşət dərəcədə soyuq idi. Əhali məcburi halda, vahimə, qorxu içində ev-eşiklərini qoyub, qaçmağa məc-bur oldular. Onlar qatı düşmən əlindən hara gəldi qaçaraq can-larını qurtarmağa çalışırdılar.
Hörmətli oxucu, heç qurtulmaq olardımı canavar xislətli ermənilərin əlindən? Yox. Bu mümkün deyildi. Heç Allah-Təalanın da xəbəri yox idi bu millətin türkə qarşı qatı düş-mənçiliyindən.
Erməni hərbi birləşmələrindən ayrılmış bir qrupun tərkibin-də David Xerdiyan da var idi. Qrupa podpolkovnik Ohonyan rəhbərlik edirdi.
Ohonyan dəstəsi qaçqınların qarşısını alır, insafsızcasına, sorğu-sualsız güllələyib yerə sərirdi.
Çölə, düzə xocalılıların meyiti səpələnmişdi.
Ermənilər Xocalı sakinlərini güllələyə-güllələyə gəlib Daş-bulaq kəndinin yaxınlığındakı bataqlıqla üzləşdilər. Bataqlıq dayaz idi. Quldurlar keçə bilərdilər. Ancaq podpolkovnik razı-laşmadı. Əsgərlərinin botinkaları, şalvarlarının ətəkləri lehməyə batar deyə düşündü. Odur ki, dedi:
– Dostlar, fikirləşin görək bataqlığı necə keçək ki, üst-ba-şımız batmasın.
Hamı fikirləşdi. Heç biri bir çıxış yolu tapa bilmədi.
Podpolkovnik qəhqəhə ilə gülərək dedi:
– Ara, mən tapdım.
David Xerdiyan maraqlandı.
– Podpolkovnik, nə tapdın?
– Əmr edirəm, çöldə, düzdə səpələnən türk ölülərini daşıyıb gətirin! Bataqlığın bu başından, o başına kimi yan-yana düzüb körpü düzəldin.
David Xerdiyan:
– Ara, nə əcəb düşünmüsən. Bu nə dəyərli fikirdir? Afərin sənin ağıllı başına. Yoxsa bataqlığı o başa tərtəmiz keçə bil-məzdik. – Sonra o, həmkarlarını nəzərdən keçirtdi. Kefi kök halda dedi:
– Dostlar, polpolkovnikin əmrini yerinə yetirək!
– Başladıq!
Bəli, erməni podpolkovnikin əmri yerinə yetirilməyə baş-landı. Xocalılıların meyitləri daşınıb bir-bir sıx halda, yan-yana düzüldü. İki yüz Xocalı meyitindən körpü düzəldi.
Ohonyan David Xerdiyana baxdı. Gülümsəyərək dedi:
– David, körpünü birinci sən keçməlisən. Axı, sən ürəkli ermənisən.
Xerdiyan tutuldu. Bir körpüyə baxdı, bir də Ohonyana.
– Hə, maddım-maddım nə baxırsan üzümə? Əmri yerinə yetir!
Körpünün əvvəlində 10-11 yaşlı qız uşağı düzülmüşdü. Adı Bənövşə idi. Bənövşə kimi zərif bir gül. Hörükləri bataqlığın üzündə dalğalanırdı. Qara gözləri açıq idi. Sanki göyə baxırdı. Külək qar dənələrini üzünə çırpsa da, qız kirpiklərini qırpmır, göydə nəsə axtarırdı. O, yəqin ki, Allahı axtarırdı. Onu görmək istəyirdi. Ona sözü var idi.
David Xerdiyan diqqətlə qıza baxdı. Bir anlıq öz qızını xatırladı. Ancaq bu baxış o demək deyildi ki, onun qıza yazığı gəldi. Xeyr. – Elə gərək körpünün birincisində sən olaydın? – deyə içində qıza nifrət etdi.
Podpolkovnik dilləndi:
– Hə, nə oldu? Niyə duruxmusan? Niyə addımını atmırsan? Ölüdən qorxursan?
– Podpolkovnik, nədənsə qızım gözümə göründü.
– Nə dedin? Qıza yazığın gəldi? Bu dəqiqə addımla irəli! – deyə bağırtılı səslə əmr elədi. – Yoxsa baxmaram millətim-dənsən. Satqınlara aman verən deyiləm!
Xerdiyan çaş-baş oldu. Dönüb tez birinci addımını qızın si-nəsinə qoydu. Davidin ağırlığından qızın sinə sümüyü xartıl-dayaraq içəri çökdü. Ağzından qan püskürdü. Qızın qanı Xerdi-yanın üz-gözünə, üst-başına sıçradı. Başına gələn gözlənilməz hadisə Xerdiyanı daha da çaş-baş saldı. Tez geri qayıtmaq istədi. Podpolkovnik Ohonyanın tükürpədici səsi ətrafa yayıldı.
– Sənə demirəm körpünü keç? Yoxsa güllələyərəm!!! – deyib, podpolkovnik tapançasını Xerdiyana tuşladı. Xerdiyan özünü itirmiş halda xofu və həm də tapança qorxusundan meyit körpüsündən necə keçdiyindən xəbəri olmadı.
– Ara, bu nə zor iş idi başıma gələn, ara? – deyib qorxu içində dərindən köks ötürdü. Hövüllü-hövüllü yerdən topa-topa qar götürüb, üst-başını qızın qanından təmizləməyə başladı. Nə qədər çalışdısa da, türk balasının qanı Davidin üstündən təmiz-lənmədi.
Davidin ardınca erməni dəstəsi 120 ölünün üstündən ad-layıb, bataqlığın o tayına keçdilər.
Xerdiyanın botinkasına qanqarışıq lehmə dolmuşdu. Soyuq küləyin əlindən botinkalarını çıxardıb boşalda bilmədi. Eləcə içi lıqqa-lıqqa, əlində avtomat tüfəng həmkarlarına qoşulub sərsəri adamlar kimi onların ardınca irəliləməyə başladı.
Podpolkovnik Ohonyan ləngiyirdi. O, addımını qızın meyiti üstünə atmaq istədi. Ayağı yana getdi, üzü üstə qızcığazın üs-tünə sərələndi. Sanki qızın həsrətində imiş kimi onu qucaqladı. Tamam lehməyə batdı. Bu nədir ara? Niyə belə oldu? – deyə öz-özünə donquldandı. Qalxmaq istədi. Qalxa bilmədi. Əsgərləri köməyə çağırdı. Səs gəlmədi. Ohonyan böyük çətinliklə qızın üstündən qalxdı. Üstündən lehmə süzülə-süzülə meyitlər körpüsü ilə bataqlığın o tayına keçdi. O tayda heç kim yox idi. Havaya iki dəfə güllə atdı. Cavab verən olmadı.
Qaş qaralırdı. Ohonyan çölün düzündə, lehmə canına hopmuş halda idi. Soyuqdan titrəyirdi. Dişləri bir-birinə dəyib şaqqıldayırdı. Külək şaqqıltını Xocalı düzünə yayırdı. Bir qədər bundan əvvəl əmr verən Ohonyan indi tək-tənha qalmışdı. Heç bilmirdi başına nə çarə qılsın. Xocalının hansı tərəfinə yollansın…
Odur ki, atalar deyib: – “Nə tökərsən aşına, o çıxar qaşığına”.
SON
QAFAN ERMƏNİLƏRİ
Qətl meydanı
David Xerdiyanın fakt və rəqəmlərindən
1992-ci il fevralın 25-dən 26-na keçən gecədə işğalçı er-məni hərbi birləşmələri Xocalı sərhəddini hər tərəfdən pozdular. Onlar qeyri-insani hisslərlə Xocalı ərazisinə basqın etdilər.
Qafan erməni qrupu tərkibinə David Xerdiyan, üzdəniraq cəllad həkim Xaçatur, Cəllad Tiqryan da daxil idi.
Xaçatur burnuna görə tanınmaz olmuşdu. Burun eləcə əzil-miş halda onun üzünə yayıldığına görə.
Güclü qarqarışıq külək əsirdi. Xocalı ərazisi qarla örtül-müşdü. Çox yerləri şaxta basmışdı.
Qafan erməni qrupu qara, şaxtaya, çovğuna məhəl qoyma-yaraq, əllərində odlu silah Xocalının çölünə, düzünə, dağına, təpəsinə, evlərinə, eşiklərinə qarışqa kimi səpələndilər. Türkə qənim kəsilən qəddar ermənilərin basqını Xocalı sakinlərini vahiməyə saldı. Onlar əliyalın idilər. Silahsız müqavimət göstərə bilmirdilər. Od, alov və dağıntılar arasında çaş-baş qalmışdılar. Vəhşilərin əlindən quru canlarını qurtarmaq üçün qaçmağa məc-bur oldular. Üz tutub hara gəldi qaçdılar. Ancaq Qafan caniləri aman vermədi. Qarşılarına çıxan qaçqınlara divan tutdular.
Beləcə Qafan erməni qrupu xocalılıları qırıb çatdılar. Xocalı ərazisinə başdan-başa insan meyiti səpələndi. Sayı yox, hesabı yox.
Qafan erməni qrupu günün ikinci yarısına kimi türkə qarşı canfəşanlığını göstərdi. Bərk yorulmuşdular. Onlar Xocalının ucqar və xəlvət bir yerində bir qədər dincəlmək məqsədi ilə ayaq saxladılar. David Xerdiyan dedi:
– Qafan dostlarım. Bütün günü işlədik. Əmri yerinə yetir-mək üçün əlimizdən gələni etdik.
Xaçatur dedi:
– Düzdür. Ancaq bərk yorulmuşam.
– Belə işdə yorulmaq yoxdur, Xaçatur. Bir də yoruldum sö-zünü ağzına alma – deyə David Xaçatura tənə etdi.
– Baş üstə, matağ. Almaram – deyib Xaçatur farağat durdu.
– Hə, indi isə qulağınız məndə olsun. Bizə tapşırılan ərazi-dən öldürdüyünüz meyitləri daşıyıb, bir neçə yerə toplamalıyıq.
– Bu nə üçündür, hörmətli jurnalist? – deyə Tiqryan maraqlandı.
David Xerdiyan Tiqryana baxıb güldü və dedi:
– Sən hələ uşaqsan. Mən biləni bilməzsən. Qulaq as öyrən.
Biz ölüləri daşıyıb, bir neçə yerə üst-üstə, topa-topa yığmalıyıq ki…
Tiqryan, Davidin sözünü kəsdi:
– Türkə qarşı elədiyimizi eləmişik. Bu qədər əziyyət nəyə lazımdır ki, – deyə Tiqryan təkrar marağını gizlətmədi.
– Üstlərinə bolluca mazut töküb, külə dönənə kimi yandırmalıyıq.
Xaçatur söhbətə qoşuldu.
– Tiqryan, deyəcəksən ki, bəs nəyə gərəkdir. Qulağını aç, yaxşı-yaxşı eşit. Həmişəlik yadında saxla. Ona görə ki, öldür-düklərimizin sayı az olsun.
– Hə, başa düşdüm. Həkim, doğrudan da, ağıl dəryasısan – deyə o, razı halda Qafan erməni qrupuna üzünü tutub dedi: İgid-lər, işə başlayaq!
– Hələ səbrin olsun. Ölüləri daşıyıb yandırmaq üçün xəlvət yer təşkil etmək vacibdir – deyə Xerdiyan əlavə etdi.
– Doğrudur – deyə Tiqryan dilləndi. Sonra əlavə etdi. Xəlvət yeri uzaqda axtarmaq lazım olmayacaq. Elə bura münasib yerdir. Hər tərəf təpədir. İns-cins olmayan bir yer.
David Xerdiyan ətrafı nəzərdən keçirtdi. Onda daşıdığınız ölüləri toplamaq üçün yerlərini təyin edib, göstərəcəm.
Beləliklə, Qafan erməni qrupu yaxındakı ölüləri daşıdılar. Sonra uzaqlarda olan ölüləri daşımaq üçün yük maşınını işə saldılar.
Ölüləri maşın-maşın daşıyıb gətirdilər. David Xerdiyanın göstərdiyi ayrı-ayrı yerlərdə bir-birinin üstünə yığdılar.
Axırıncı yük maşını ləngiyirdi.
– Görəsən nə baş verib? – deyə David Xerdiyan narahat oldu. Başlarına iş gələr ha – deyə o, Xocalının xəlvət yerində, Xocalı ölüləri arasında özünü kimsəsiz, tənha hiss etdi. Ölüləri gözdən keçirtdi. Həmişəki kimi asdığı xaçı qaldırıb bir neçə dəfə öpdü.
– Ya xaç, mənə kömək elə! Məni bu monqol ölülərin xofundan xilas elə!
Xaçın köməyi dəymədi. Aradan xeyli vaxt keçdi. Xerdiyanı titrəmə tutdu. Nəhayət yük maşını, içi dolu meyitlə ləngər vura-vura yaxınlaşdı. David Xerdiyanın ürəyi yerinə gəldi. Ölülər arasında xoflandığını bildirmədi. Kefi kök halda meyitləri boşaltmaq üçün yer göstərdi.
Topa-topa toplanmış meyitlərdən bir qədər aralıda maşın boşaldı. Xocalının xəlvət bir yerində daha bir meyit topası yarandı.
Axırıncı meyitlər arasından bir-iki addım kənarda doqquz-on yaşında bir qız düşüb qalmışdı. Adı Nərgiz idi. Xerdiyanın diqqətini cəlb elədi. Nərgiz qızcığaz hələ sağ idi. Tərpənirdi. Ağır-ağır nəfəs alırdı. Soyuqdan titrəyirdi. Acından bir dəri, bir sümük olmuşdu, mübarizədə idi. O, David Xerdiyana baxırdı. Baxışları ilə Xerdiyandan imdad istəyirdi.
Tiqryan Nərgizlə Xerdiyanın baxışlarını gördü. Qıza bərk acığı tutdu. Acıqlı-acıqlı yaxınlaşdı. Nərgizin qulaqlarından tutdu. Onu axırıncı ölülərə tərəf sürüməyə başladı.
Bayaqdan Tiqryanın hərəkətlərinə göz qoyan Xaçatur, tez onun qabağına keçdi.
– Tiqryan, dayan. Qızı mənə ver – deyə tələb elədi.
Tiqryan:
– Ara, nəyinə gərəkdir yarımcan ölü?
– Türk balalarını diriykən tikə-tikə doğramaqdan ləzzət alıram. Onu burax yerə!
– Yox. Olmaz. Qız mənim şikarımdır. Onun odda necə yanmağına tamaşa edəcəm. Bundan zövq alacam – deyə Tiqryan qızı qaldırıb, ölülərin üstünə tolazladı. Nərgiz erməni qrupunun Xocalıda öldürüb yandırdıqları 2000-ci insan idi ki, daş ürəkli Tiqryan həyata keçirdi.
David Xerdiyan Nərgizin baxışlarını gözlərinin önündən rədd etmək üçün gözlərini bərk-bərk yumdu. Dəli adamlar kimi başını bir neçə dəfə silkələdi.
– Matağ, sənə nə oldu? Yoxsa türk balasına yazığın gəldi? – deyə Tiqryan soruşdu.
Xerdiyan:
– Yox ara. Sadəcə qızın çox qəribə baxışları var idi.
– Yaxşı. Yaddan çıxart. Qarşıda hələ çox belə-belə baxışlar olacaq. İndi isə de işimiz daha nədən ibarətdir? – deyə Tiqryan Xerdiyana ürək-dirək verdi.
David Xerdiyan bir daha gözlərini yumub-açdı. Başını silkələdi. Dərindən köks ötürdü və dedi:
– İndi isə meyitlərin üstünə bolluca mazut tökün.
– Oldu. Sənin istəyin bizim üçün qanundur. Qafan qrupu hər tərəfdən Xocalı ölülərinin üstünə mazut tökdülər.
– İndi isə od vurun – deyib Xerdiyan daşlaşmış ürəyindən gələn daha bir əmr verdi.
Qafan qrupu hərə bir tərəfdən alışqanla meyitlərə od vurdular. Meyitlər alovlandı.
Meyitlərin arasında hələ ölümcüllər var idi. Onlar qışqırmağa, ağlamağa, fəryad etməyə və Allahı çağırmağa başladılar. Səslər ətrafa yayıldı. Dağıla-dağıla uzaqlara getdi.
Nərgiz qızcığazın fəryadı seçilirdi. O, erməniləri lənətləyirdi.
Az sonra səslər kəsildi.
Qafan qrupundan biri dedi:
– Qəhrəmanlar, daha gedək. Qaş qaralır. Tiqryan dedi:
– Ara, tələsmə. Bir az tamaşa edək. Görək türklər necə yanır, cızdaqları necə eşidilir.
Meyitlər yanırdı. Külək yanıqdan püskürən tüstünü ətrafa yayırdı. Meyitlər yandıqca piyləri əriyir və şam kimi parıldayırdı. Parıltılar çırtaçırtla ətrafa sıçrayırdı. Qafan qrupu böyük zövqlə tamaşa edirdi. Üzlərində təbəssüm bir-birinin üzünə baxır, zarafatlaşır, məzələnirdilər. Tiqryan dedi:
– Ara, əcəb kabab iyi burnumu qıcıqlandırır.
Xaçatur dedi:
– Yoxsa xətrinə kabab düşdü? Bəlkə adam ətindən olan kababdan da dadasan?
Xaçatur gülərək zarafatlandı.
– Yox ara. Bunlar köhnə ölüdürlər.
Təzə, sütül bir türk balası olsaydı tikə-tikə doğrayıb, kabab eləmək olardı.
Tiqryan dilləndi:
– Nə çəkərdim dişimə.
Elə bu vaxt Nərgizin bədənindən yağ damlası alovlandı. Çırtıldadı. Sürətlə gəlib Xerdiyanın sol gözünə girdi.
Ölüləri yandıran erməni əsgəri gözlənilməz zərbədən, qeyri-ixtiyari olaraq, tez əli ilə gözünü qapadı. Öküz kimi bağırdı:
– Vay! Atam yandı! Aman gözüm odlandı! Xaçatur, amandır, kömək elə! – deyərək gözünün yanığına dözməyərək, yerə, şaxtalı qarın üstünə yıxıldı. Başı kəsilmiş, qartımış xoruz kimi çabalamağa başladı.
Atalar belə vaxtda deyib ki; – Gördüyün iş gözünə girsin. Budur, Tiqryanın gördüyü iş girdi gözünə.
– Xaçatur, yanıram, kömək elə! – deyib Tiqryan yanıqlı-yanıqlı yalvardı.
Xaçatur laqeyd halda Xerdiyana baxaraq dedi:
– Matağ, mən göz həkimi deyiləm.
– Axır ki, həkimsən. İlk yardımını göstər – deyə Xerdiyan özündən çıxdı.
– Səni görüm lənətə gələsən. Sən həkim yox, çəkməçisən. Ya xaç, bu nə iş idi başıma gəldi?
Xaçatur təkrar laqeyd halda dedi:
– Matağ, cərrahlığı bacarıram. Alətləri də özümlə gəz¬dirirəm. Gözünü əməliyyat eləyə bilərəm…
David Xerdiyan dilləndi:
– Düz deyir. Türk balasının dərisini necə soyduğunun, sonra tikə-tikə doğrayıb itlərə atdığının şahidi olmuşam.
Tiqryan bütün qüvvəsini toplayaraq, vəhşiləşmiş halda ayağa qalxdı.
– Səni lənətə gələsən, Xaçatur, – deyərək maşına doğru qaçdı. Kabinaya oturdu.
– Sür! – deyə sürücüyə əmr elədi.
Sürücü:
– Gözləyək o birilər də gəlsin.
– Sür deyirəm sənə! Yoxsa beynini dağıdaram! – deyə Tiqr-yan tapançasını sürücünün gicgahına dirədi.
Sürücünün canına titrəmə düşdü. Canının qorxusundan maşının əyləcini çəkdi. Maşın sürətlə irəlilədi.
David işi belə görüb:
– Ara, dayan! Ara, bizi gözlə!
Qafanlılar maşının arxsınca atəş açdılar. Maşın artıq uzaqda idi. Qafan qrupu qaş qaralan bir vaxtda Xocalı ərazisinin xəlvət bir yerində meyitlərin arasında, alov, alovun tüstüsü və yanıq qoxusu əhatəsində qaldılar. David Xerdiyan boynundakı xaçı çıxardaraq, bir neçə dəfə öpdü:
– Ya xaç, biz Allahın humanist bəndələriyik. Bizə rəhm elə!
İnsan yanığının tüstüsü David Xerdiyanın və həməqidələ-rinin nəfəsinə doldu. Nəfəs almaq çətinləşdi. Onlar öskürməyə başladılar. Öskürək getdikcə şiddətləndi.
Öskürəyin təsirindən gözlər hədəqədən çıxdı, donbaldı, qan-çır oldu. David Xerdiyan az qala boğulacaq xırıltı ilə dedi:
– Ara, uzaqlaşaq bu cəhənnəmdən. Yoxsa bu türklərin tüstüsü bizi boğar.
Qafan qrupu üzülmüş, belləri əyilmiş vəziyyətdə öskürə-öskürə qətl meydanından uzaqlaşdılar.
Sabah Xocalı ərazisində daha nə kimi cinayətlər törə¬dəcək-ləri barədə fikirləşdilər.
QOCALMIŞ UŞAQ
Hikmətin on dörd yaşı var idi. O, Danabulaq kəndində atası, anası və üç bacısı ilə birgə yaşayırdı. Kənd orta məktəbinin yeddinci sinfində oxuyurdu. Əlaçı idi. Kosmonavt olacağam deyirdi. Hikmət ailəsinin böyük övladı olduğu üçün ata – anasına ev işlərində həmişə kömək edirdi. Çox çalışqan oğlan idi. Ata- anası işə gedəndə bacılarına qayğı göstərirdi. Bacıları Hikmətə çox bağlı idilər. Böyük bacı Gülarə evdə hansı işin qulpundan yapışsa, mütləq Hikmətlə məsləhətləşirdi.Ata – anası işdən gələn kimi Hikmətlə Gülarə onların qulluğunu tuturdu. Hikmətin ata- anası övladlarından çox razıydı. Kiçik bacı Könül ata-anasının işdən gəlməsinə sevinərdi, kefi kök olurdu, qığıltısı otağa yayılırdı. Ağzında dörd dişi var idi. İki dişi yuxarı çə-nəsində, iki dişi aşağı çənəsində. Hikmət bir barmağını Könülün dişlərinin arasına qoyardı, Könül də onun barmağını dişləyərdi. Hikmət də gülürdü,valideynləri də, bacıları da gülüşürdülər.
Elə həmin vaxtlarda erməni faşistləri Azərbaycanın mədə-niyyət beşiyi olan Qarabağ məsələsini ortaya atmışdılar. Birdən Hikmətin yadına düşdü ki, yazda bostan becərməkdən ötrü anası müxtəlif bostan bitkilərinin toxumlarını qurudub torbaya dol-duraraq damdan asıb. O, tez nərdivanla dama qalxdı.
Yanvar ayının 25-dən 26-na keçən gecə idi. Saat birə işləyirdi. Erməni faşistləri ara vermədən hər tərəfdən Xocalını atəşə tutmuşdular. Xocalı sakinləri arsında çaş-baş başlanmışdı. Adamlar ev-eşiklərini qoyub qaçırdılar. Danabulaq kəndində də ailələr təlaş içində hara gəldi qaçırdılar.
Hikmətin qaçaqaçdan xəbəri yox idi. Onun bütün diqqəti bacılarının üstündə idi. Çalışırdı ki, tez damdan toxumları gə-tirib bacılarına yedirtsin.O, damın dirəyindən asılmış toxum dolu torbanı götürüb tez- tələsik damdan yerə endi.
Atışma davam edirdi.Hikmət Xocalıdakı gurhagura fikir verməyib evə girdi.
Od – ocaq olmayan evdə bacılar bir-birinə qısılıb Hikməti gözləyirdilər.Hikməti görəndə sevindilər.
-Baxın, sizə çoxlu boranı, lobya toxumları gətirmişəm- deyə Hikmət torbanın ipini açdı.Toxumdan hər bacının ovcuna tökdü.
-Hə, bacılar siz boranı tumundan çırtlayıb yeyin, mən də gedim lobyaları qaynadım.
Böyük bacı dedi:
-Hikmət, evdə od-ocaq yoxdur. Necə qaynadacaqsan? Yaxşı olar ki,suda islat.Yumşalar, onda çiy də yemək olar.
-Yaxşı fikirdir, ağıllı bacım.- deyə Hikmət bacısının məsləhətini bəyəndi. Lobyanı islatmaqdan ötrü qapıdan çıxmaq istədi. Gözlənilmədən qapı taybatay onun üzünə açıldı. Faşist-lərdən biri qapının ağzındaca, yumruğu ilə Hik¬mətin döşündən itələdi. Qızlar avtomatlıları görüb qorxdu¬lar. Vahiməli halda qışqırmağa başladılar.Özünü itirmiş Hikmət müvazinətini itirib, yanı üstə yerə oturdu. O, dərhal durmaq istədi. Erməni sırtıq-sırtıq gülərək, Hikmətin qolundan tutub qaldırdı. Hikmət mü-qavimət göstərməyə macal tapmamış ,faşist erməni hırıldaya -hırıldaya dedi:
-Onun qollarını arxadan qandalla əl-qol atmasın.
O, Hikmətin böyük bacısı Gülarəyə yaxınlaşdı. Gülarə gördü ki, erməni ona yaxınlaşır, tez ayağa qalxdı. Rəfdəki mis kasa əlinə keçdi. Bir göz qırpımında kasanı erməninin üstünə atdı. Kasa erməninin alnından dəydi. Faşistin alnı yaralandı. Qanı üzünə yayıldı. Gülarə canını qurtarmaq üçün vahimə içində qapıya tərəf qaçdı. Erməni quldurunun gözləri o qədər qızmışdı ki, alnındakı ağrını hiss etmədi. Üz-gözünə axan qana əhəmiyyət vermədi. Kobud pəncəsini uzadaraq qızın hörüklərini əlinə aldı. Gülarə var gücü ilə qışqırır, faşistin əlindən qurtarmaq üçün dartınırdı. Erməni qızın qollarını arxasına çevirib onu yerə yıxdı. Hikmət bacısının halına dözmürdü. O dedi:
Faşist, bacıma toxunma! Ondan əl çək! Yoxsa gəlib səni parçalayaram!
Ancaq Hikmətin qolları qandalda olduğundan bacısına heç bir kömək edə bilmirdi. O, qandalları qollarından qırmağa çalı-şırdı. Ancaq bu mümkün deyildi. Bacısından əl çəkməyən erməniyə yaxınlaşdı.
– Bacımdan uzaq dur! Əl çək bacımdan! – deyə faşisti ayaq-ları ilə təpikləməyə başladı. Quldur erməni öz işində idi. Faşist erməni Hikmətin gözü qarşısında bacısını zorlayırdı. Bacısı özünü vəhşi düşməndən qorumağa çalışırdı və deyirdi:
– Qardaşım, kömək elə! Sənə qurban olum Hikmət, qoyma.
– Gözlərim kor olaydı, bacı. Səni bu halda görməyəydim. Qulaqlarım kar olaydı. Sənin fəryadını eşitməyəydim! – deyib, təkrar faşisti var gücü ilə təpikləməyə başladı. Hikmət dönüb gördü ki, ikinci erməni onun on yaşlı bacısı Zümrüdü yerə yıxıb. Zümrüd isə qışqırır: -Ay ana, ay ata, Hikmət, qoymayın! Erməninin əlində başı kəsilmiş quş kimi çabalayırdı. Hikmət ikinci erməniyə tərəf cumdu. Qatili o ki var təpiklədi.
– Çəkil! O, körpədir!Burax bacımı! Səni lənətə gələsən! Vəhşi erməni! Canavar erməni!- deyə özünü erməninin üstünə atdı – çəkil kənara, bacımı incitmə.
Digər ermənilər Hikməti qaldırıb kənara çəkdilər.Hikmət gördü ki, əlindən heç nə gəlmir. Kor-peşman əli, qolu və dizləri sustaldı.
– Məni bağışlayın, bacılarım! Sizə kömək edə bilmirəm. Qollarım bağlıdır- deyə hönkür-hönkür ağladı. Hikmətin hələ beş yaşı tamam olmamış üçüncü bacıcığazı Könülün qışqırığı otağa dolmuşdu. O, sanki hiss edirdi ki, bacılarının başında fəla-kət var. Gülarə ilə Zümrüdün səsi kəsilmişdi. Hər ikisi erməni faşitlərinin göstərdiyi təcavüz nəticəsində keçinmişdilər. Hikmət:
– Faşistlər! Quldurlar! Sizi yer üzündən yox olasız! – deyib ayaqları sustalmış halda dizləri üstə yerə oturdu.
Erməni faşistləri Hikmətin halına fikir vermədilər, onlar cəllada dönmüşdülər.
Kinli, qisaslı, türkə qarşı nifrətli halda bacıların başını bir-bir kəsib Hikmətin ayaqları altına atdılar. Hikmət bu halı görüb bərk vahimələndi. Bir anlıq huşunu itirdi. O, artıq özündə de-yildi. Erməni faşistlərinin onun gözləri görə-görə bacılarına göstərdikləri vəhşiliklərə dözə bilmədi. Ruhu başından çıxdı. Havalandı. Artıq Hikmət ağlamırdı. Qışqırmırdı. Gülürdü. Başı, qaşı, kirpikləri qar kimi ağarmışdı.
İkinci erməni istehza ilə gülərək dedi:
Hələ oğlana baxın. Tamam tanınmaz oldu. Başı-gözü ağardı.
– Hə, hələ fikir ver. Üzü də dəyişildi. Üzü qırış-qırış oldu. Oldu qocalmış uşaq. Gəl gedək. Qoy elə qolları qandallı qalsın. Onsuz da bundan sonra ondan türk olmayacaq-deyə birinci erməni alnının qanını silə-silə cavab verdi.
Faşistlər özlərindən razı halda, gülə-gülə evdən çıxdılar. Qonşu evlərə tərəf getdilər. Qonşu həyətinə girəndə, göydən elə öz erməni faşistlərinin atdığı mərmi qulaqbatırıcı vıyıltı ilə gəlib onların yanında düşdü. Faşistlər mərminin zərbəsindən göyə sovruldu, parçaları Xocalı torpağına səpələndi.
Hikmət qolları qandallı halda küçəyə çıxdı:
-Vəhşilər! Canavarlar! Faşistlər! Esesler! – deyə yol uzunu qəh¬qəhə çəkə-çəkə, şaxtalı külək üzünə çırpa-çırpa hara getdiyini bilmədən gedirdi.
Onun qəhqəhəsi dalğa-dalğa Xocalıya, bəlkə bütün Qarabağ ərazisinə yayılırdı. Bəlkə də mərkəzdə əllərindən heç bir iş gəl-məyən məmurların qulaqlarında cingildəyirdi…
Xocalının İnzibati ərazi vahidləri,
inzibati ərazi dairələri
1. Xocalı şəhər İƏV: Xocalı şəhəri, Qarşərabtestin yanında qəsəbə (Həsənabad qəsəbəsi)
2. Almalı kənd İƏD: Almalı kəndi, Qarakötük kəndi
3. Ballıca kənd İƏD: Ballıca kəndi, Xanyurdu kəndi, Mehdibəyli kəndi
4. Cəmilli kənd İƏD: Cəmilli kəndi
5. Çanaqçı kənd İƏD: Çanaqçı kəndi, Sınaq kəndi
6. Dağyurd kənd İƏD: Dağyurd kəndi
7. Daşbulaq kənd İƏD: Daşbulaq kəndi, Badara kəndi, Xanyeri kəndi, Qayabaşı kəndi, Suncinka kəndi
8. Əsgəran qəsəbə İƏD: Əsgəran qəsəbəsi
9. Harov kənd İƏD: Harov kəndi, Dağdağan kəndi
10. Xanabad kənd İƏD: Xanabad kəndi, Ağgədik kəndi, Aşağı Qılıçbağ kəndi
11. Kosalar kənd İƏD: Kosalar kəndi, Başkənd kəndi, Canhəsən kəndi, Cavadlar kəndi, Yalobakənd kəndi, Qaragav kəndi
12. Qarabulaq kənd İƏD: Qarabulaq kəndi, Dəmirçilər kəndi, Quşçubaba kəndi, Mədədkənd kəndi
13. Qızıloba kənd İƏD: Qızıloba kəndi, Aşağı Yemişcan kəndi, Xaçmaç, Verin Siznek kəndi
14. Meşəli kənd İƏD: Meşəli kəndi,
15. Naxçıvanlı kənd İƏD:Naxçıvanlı kəndi, Ağbulaq kəndi, Aranzəmin kəndi, Dəhraz kəndi, Pircamal kəndi
16. Pirlər kənd İƏD:Pirlər kəndi, Daşnaşı kəndi, Farux kəndi
17. Seyidbəyli kənd İƏD: Seyidbəyli kəndi, Ulubaba kəndi
18 Şuşikənd kənd İƏD: Şuşikənd kəndi, Daşkənd kəndi, Muxtar kəndi
19. Təzəbinə kənd İƏD: Təzəbinə kəndi, Qışlaq kəndi, Sər-darkənd kəndi, Şəlvə kəndi və bir çox məktəblər, uşaq bağçaları, inzibati binalar, tarixi abidələr, qəbiristanlıqlar, minlərlə yaşayış evləri qarət olunmuş, yandırılmış, dağıdılmış, yerlə-yeksan ol-muşdur. Yüzlərlə ailələr tamamilə məhv edilmişdir. Yüzlərlə Xocalı sakini şəhid olmuşdur.
Bütün bunlar erməni faşistləri tərəfindən, xüsusilə Serj Sar-kisyan, Zori Balayan tərəfindən həyata keçirilmişdir.