

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanan “Multikultural Azərbaycan” podkastında “Dodo” qəzetinin Baş redaktoru, yazar İradə Məlikova ilə Azərbaycanın multikultural dəyərləri, talış dili, mədəniyyəti, adət-ənənələri, milli kimliyin qorunması, medianın rolu və cəmiyyətdə həmrəylik mövzuları müzakirə olunub.
Bu podkastda talış mədəniyyəti ilə bağlı maraqlı faktlar, mövcud problemlərlə tanış ola bilərsiz.
Videonu bəyənin, paylaşın və fikirlərinizi şərhlərdə yazın.
